Pleyeri seçin:

Dedilər ki, milləti qırırlar... | “Bakı Metropoliteni”nin əməkdaşları yaşadıqları faciədən danışdı

20 yanvar 2025 308 baxış

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan tarixinə qanla yazılıb.

Həmin gecə saat 23:30-da SSRİ Ali Soveti Rəyasət Heyətinin “Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında” Fərmanına əsasən, Sovet qoşunları Bakı şəhərinə yeridilmişdi.

Şəhərə qoşun yeridiləcəyi ilə bağlı məlumat alan metropoliten əməkdaşları hərəkət qrafikində dəyişiklik etmək və 24 saat işləmək qərarı vermişdilər. Nəticədə minlərlə insan metronun içərisində gecələdi, daldalana bildi.

Məhz metropoliten əməkdaşlarının tələbi ilə “XI Qızıl Ordu” stansiyasının adı dəyişdirilərək “20 Yanvar” adlandırılıb. Bu addım 20 Yanvar faciəsində şəhid olan vətəndaşlarımızın xatirəsinə ehtiramın əlaməti idi.

Qanlı Yanvar günü növbədə olan “Bakı Metropoliteni”nin əməkdaşı Cahil Həsənov o müdhiş gecədə şahid olduqlarını Baku TV ilə bölüşüb:

“Həmin gün 23:00-da işimi qurtarıb evə getməli idim. Dörd nəfər idik. Təlimatçı maşinist məlumat verdi ki, evə gedənlər getməsinlər, çünki metro səhərə qədər işləyə bilər və kömək lazım olar. Biz də etiraz etmədik. Pilləkənləri qalxanda yaralı gətirildiyini gördük.

Dedilər Çapayev küçəsində insanları güllələyirlər. Bu barədə təlimatçı maşinistə xəbər verdik. Dəmiryol texnikumunun qarşısına çatanda baxdım ki, bir təcili yardım, eyni zamanda yük maşını vurulub yolda qalıb. Qarşısında şnel var idi, onu qaldıranda altında meyit gördüm.

“İçərişəhər”ə getdik. İnsanlar tunellərə düşüb qaçırdılar. Bu barədə dispetçerə məlumat verdik. Beləliklə, insanları götürüb kabinədən salona keçirdik”.

Qırmızı Bazar sakini öz təəssüratlarını "Baku TV"yə danışdı - Baku TV

Qırmızı Bazar sakini öz təəssüratlarını "Baku TV"yə danışdı - Baku TV

Cəmiyyət
15 yanvar 2026 308 baxış
Arzuları reallaşan Xıdırlı sakinləri | "Şükür edirəm ki, öz torpağımdayam" - Baku TV

Arzuları reallaşan Xıdırlı sakinləri | "Şükür edirəm ki, öz torpağımdayam" - Baku TV

Cəmiyyət
15 yanvar 2026 308 baxış
Dövlət Proqramı üzrə universitet və ixtisasların siyahısı açıqlandı - Baku TV

Dövlət Proqramı üzrə universitet və ixtisasların siyahısı açıqlandı - Baku TV

Cəmiyyət
15 yanvar 2026 308 baxış
Sevinc Osmanqızı və digərlərinə hökm oxunub - Baku TV

Sevinc Osmanqızı və digərlərinə hökm oxunub - Baku TV

Cəmiyyət
15 yanvar 2026 308 baxış
Dağıdılan şəhərin ayaqda qalan simvolu yenidən dirçəlir - Baku TV

Dağıdılan şəhərin ayaqda qalan simvolu yenidən dirçəlir - Baku TV

Cəmiyyət
15 yanvar 2026 308 baxış
Qobustanda yol problemi | Dağ kəndləri istiqamətində avtomobil yolları buz bağlayıb - Baku TV

Qobustanda yol problemi | Dağ kəndləri istiqamətində avtomobil yolları buz bağlayıb - Baku TV

Cəmiyyət
15 yanvar 2026 308 baxış
Mustafayevlər ailəsinin səhərləri artıq 4 aydır ki, Hadrutda açılır - Baku TV

Mustafayevlər ailəsinin səhərləri artıq 4 aydır ki, Hadrutda açılır - Baku TV

Cəmiyyət
15 yanvar 2026 308 baxış
"Baku TV" Füzuliyə köçən ailənin qonağı oldu - Baku TV

"Baku TV" Füzuliyə köçən ailənin qonağı oldu - Baku TV

Cəmiyyət
15 yanvar 2026 308 baxış
Özəl xəstəxanalarda İcbari Tibbi Sığortadan necə yararlanmaq olar? - Baku TV

Özəl xəstəxanalarda İcbari Tibbi Sığortadan necə yararlanmaq olar? - Baku TV

Cəmiyyət
15 yanvar 2026 308 baxış
Azad edilən ərazilərdə incəsənət inkişaf edir | 100-ə yaxın uşağın təhsil aldığı mərkəz - Baku TV

Azad edilən ərazilərdə incəsənət inkişaf edir | 100-ə yaxın uşağın təhsil aldığı mərkəz - Baku TV

Cəmiyyət
14 yanvar 2026 308 baxış
Seçilmişlər
icon