Dəfninə 3 sevgilisi qatılan, dəfələrlə həbs edilən Nazim Hikmətin film kimi həyatı - AYDIN TARİX
Yeniliklərdən dərhal xəbərdar olun
“Aydın tarix” verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.
Proqramda Nazim Hikmətin mənəvi qızı olan heykəltaraş Münəvvər Rzayevanın övladı Zemfira Mir-Qədirova anası ilə şairin tanışlığından bəhs edib:
“Anam Moskvada təhsil alarkən Nazim Hikmət onun oxuduğu universitetə mühazirə deməyə gəlir. Sonra şairin tərcüməçisi ilə onun yaşadığı bağa gedirlər. Orada anam Nazim Hikmətə heykəlini yaratmaq istədiyini söyləyir. Nazim Hikmət də “gözümdəki yurd həsrətini canlandıra biləcəksənsə, düzəlt” deyir”.
Münəvvər Rzayeva 1954-cü ilin qışında ağır sətəlcəm keçirir. Nazim Hikmət onun sağalması üçün ən yaxşı həkimləri tapır, çətinliklə də olsa, xəstəliyinə qalib gəlməsinə kömək edir. Sonra da onu övladlığa götürmək istədiyini deyir. Lakin Münəvvər Rzayevanın anası buna razı olmur.
İçində yurd həsrəti, vətən nisgili daşıyan şair 1963-cü ilin iyunun 3-də Moskvada dünyasını dəyişir. Maraqlı məqamlardan biri də odur ki, onun dəfn mərasimində həyatında mühüm rol oynamış 3 qadın ‒ Qalina, Vera və Münəvvər bir araya gəlirlər.
#Türkiyə teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
