Pleyeri seçin:

Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyur? - Əsas problem isə...

01 fevral 2025 608 baxış

Son illər abituriyentlər ixtisas seçimi zamanı ingilis dilində tədrisə üstünlük verirlər.

Bir çox universitetlərdə xarici dilin öyrədilməsi üçün 0-dan başlayan təməl qruplar olur. Lakin dövlət universitetlərində tələbələr üçün belə bir şans yaradılmayıb.

Bəs bu hal tələbələrə və müəllimlərə hansı çətinliklər yaradır?

“Həm dərsləri başa düşmürük, həm də semestr imtahanlarında uğurlu nəticələr əldə edə bilmirik. Bütün bunlar bizim üçün böyük problemlərə səbəb olur”, – deyə tələbə şikayətini bildirib.

Bakı Dövlət Universitetinin müəllimi Yeganə Əsədova problemin əsas səbəbini orta məktəblərdə ingilis dilinin tədrisinin zəif olması ilə əlaqələndirib.

“Orta məktəblərdə danışığa üstünlük verilmir, əsasən test tapşırıqları yerinə yetirilir. Universitetdə “foundation” təhsilinin olmaması da əsas problemlərdəndir. Tələbə ən azından gələcəkdə yiyələnməyə çalışdığı ixtisasla bağlı mühazirələri başa düşmək və özünü ifadə etmək səviyyəsində ingilis dilini bilməlidir”, – müəllim qeyd edib.

Baku TV-nin araşdırması belə deməyə əsas verir ki, ali təhsil müəssisələri ingilisdilli qruplara qəbul olunan tələbələrin nəticələrindən razıdırlar. Ali məktəblərdən biri DİM tərəfindən keçirilən qəbul imtahanlarında nəticələrin kifayət qədər yüksək olduğunu bildirir, həmçinin ingilis qrupları üzrə təhsilalanların dil bilikləri yüksək qiymətləndirilir.

Ancaq mütəxəssislər tələbələrin müsbət nəticələr əldə etmələri üçün bütün universitetlərdə “foundation” sisteminin tətbiqinin mütləq olduğunu qeyd edirlər.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin isə cavabı belə olub:

“Azərbaycanın ümumtəhsil məktəblərində xarici dil tədrisi 2013-cü ildə təsdiq edilən proqram əsasında aparılır. Məqsəd şagirdlərin dil bacarıqlarını inkişaf etdirərək, xarici dili real ünsiyyət vasitəsi kimi istifadə etmələrini təmin etməkdir. Şagirdlər 11-ci sinifin sonunda B1 səviyyəsinə çatmalıdır. Ali təhsildə isə xarici dil akademik və peşəkar bacarıqları artırmağa yönəlib”.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 608 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 608 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 608 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 608 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 608 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 608 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 608 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 608 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 608 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 608 baxış
Seçilmişlər
icon