DİN-dən metronun "28 May" stansiyasının qarşısındakı məhdudlaşdırma ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Metronun “28 May” stansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən birgə həyata keçirilir.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Məqsəd sürücüləri cərimələmək yox, ərazini piyadaların hərəkəti üçün daha əlverişli zonaya çevirmək və təhlükəsizlik mühitini formalaşdırmaqdır", – məlumatda vurğulanıb.
Qeyd edək ki, martın 12-dən etibarən metronun "28 May" stansiyası və Bakı Dəmiryol Vağzalının qarşısına avtomobillərin girişi qadağan olunub. Şəxsi avtomobillər sözügedən əraziyə buraxılmır. Bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Ərazidəki parklanma yerləri də fəaliyyətini dayandırır.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb - Baku TV
- Şuşa zirvəsinə sancılan şanlı bayraq | DİN-dən tarixi günlə bağlı videoçarx - Baku TV
- Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
