Pleyeri seçin:

Diyetoloqların köməyi olmadan necə arıqlamaq olar?

07 aprel 2025 465 baxış

Çəki artımı qlobal problemlərdən birinə çevrilib. Buna görə də bəzi idmançılar və diyetoloqlar arıqlamaq vədi ilə pul qazanırlar. Lakin axşam yürüşləri və düzgün qidalanma ilə onlardan asılılığı azaltmaq olar.

Kolorado Universitetinin alimlərinin fikrincə, həftədə üç gün dövri aclıq gündəlik kalori hesablamaqdan daha effektiv çəki itirməyə kömək edir. Tədqiqatda artıq çəki və ya piylənmədən əziyyət çəkən 175 yetkin insan iştirak edib. Onlar iki qrupa bölünüblər.

Birinci qrup modifikasiya edilmiş aclıq rejimini saxlayıb. Həftədə üç gün (ardıcıl olmayaraq) iştirakçılar adətən qəbul etdiklərindən 80% daha az kalori qəbul etməli idilər. Qalan günlərdə könüllülər ciddi məhdudiyyətlər olmadan qidalanıblar.

İkinci qrupdakı sınaq iştirakçıları isə hər gün klassik kalori defisitinə riayət ediblər. Qeyd olunur ki, bütün iştirakçılar idman zalına pulsuz abunələr alıblar. Onlara həftədə ən azı 300 dəqiqə idmanla məşğul olmaq tövsiyə edilib.

Hər iki qrup qəbul edilən kalorini izləmək üçün tətbiqlərdən istifadə etməyi öyrənib.

Könüllülərə həmçinin gündəlik kalorinin 55%-ni karbohidratlara, 15%-ni zülallara ayırmaq, qalan 30%-ni isə yağlardan almaq məsləhət görülüb. Könüllülər bir il ərzində pəhrizə riayət ediblər.

Eksperimentin sonunda birinci qrupdakı iştirakçılar gündəlik kalori məhdudiyyəti olan qrupla müqayisədə orta hesabla bədən kütləsinin 7,6%-ni itirib, ikinci qrupda isə bu göstərici 5% olub.

Üç günlük interval aclığına riayət edənlərdə həmçinin bir neçə kardiometabolik göstəricilərdə daha əlverişli dəyişikliklər müşahidə edilib. Xüsusilə, belə qidalanma sxemi sistolik arterial təzyiqi azaltmağa, xolesterin və acqarnına qan qlükozası səviyyələrini normallaşdırmağa kömək edib.

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
21 dekabr 2025 465 baxış
AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

Cəmiyyət
21 dekabr 2025 465 baxış
Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Cəmiyyət
21 dekabr 2025 465 baxış
"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 465 baxış
Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 465 baxış
“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

Cəmiyyət
20 dekabr 2025 465 baxış
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Cəmiyyət
20 dekabr 2025 465 baxış
“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

Cəmiyyət
20 dekabr 2025 465 baxış
“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

Cəmiyyət
20 dekabr 2025 465 baxış
Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Cəmiyyət
20 dekabr 2025 465 baxış
Seçilmişlər
icon