Pleyeri seçin:

Dövlət bağçalarında özbaşınalıq? | Valideynlər növbədə qalıb, uşaqlar evdə!

25 avqust 2025 323 baxış

Son vaxtlar valideynlərin üzləşdiyi problemlərdən biri də dövlət bağçalarına qeydiyyatla bağlı yaranan çətinliklərdir.

Bəziləri asanlıqla qeydiyyatdan keçə bilsə də, övladını bağçaya yazdırmaq istəyən elə valideyn var ki, günlərlə, hətta aylarla növbədə gözləməli olur.

Bəs dövlət bağçalarında bu qədər sıranın yaranmasının səbəbi nədir?

Baku TV mövzu ilə bağlı sakinlərin fikirlərini öyrənib.

“Pul istəyirlər. Verməyəndə deyirlər ki, heç gətirmə, yer yoxdur”, – sakinlərdən biri bildirib.

Başqa bir sakin isə belə deyib:

“Biz övladımızı bağçaya qoyanda da belə problem var idi. “Yer çatışmazlığı var. Tez növbəyə düşsəniz, qəbul ola bilərsiniz” deyirdilər”.

Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə bildirilib ki, hazırda ölkəmizdə bağça yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 38 % təşkil edir. Ölkə ərazisində 1669 dövlət, 177 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Paytaxtda əhalinin məskunlaşma səviyyəsi yüksək olduğundan bağçalara qəbul zamanı müəyyən sıxlıq müşahidə olunur. Bunu aradan qaldırmaq üçün alternativ təhsil modellərindən uğurla istifadə edilir.

Qurumdan o da bildirilib ki, alternativ modellərlə yanaşı, bağça infrastrukturunun genişləndirilməsi də diqqət mərkəzində saxlanılır. Növbəlilik prinsipi əsasında məktəbəqədər təhsil müəssisələri inşa edilir. 

Alban dövrünə aid məbədin acınacaqlı vəziyyəti - Baku TV

Alban dövrünə aid məbədin acınacaqlı vəziyyəti - Baku TV

Cəmiyyət
21 mart 2026 323 baxış
Yerli sakinlər baharın gəlişini böyük coşğu ilə qarşıladılar - Baku TV

Yerli sakinlər baharın gəlişini böyük coşğu ilə qarşıladılar - Baku TV

Cəmiyyət
21 mart 2026 323 baxış
Dəyişkən hava şəraiti hansı ərazilərdə olacaq? - Baku TV

Dəyişkən hava şəraiti hansı ərazilərdə olacaq? - Baku TV

Cəmiyyət
21 mart 2026 323 baxış
Gövdə deformasiyaya uğrayıbsa... | Hansı vəziyyətdə olan avtomobili almaq lazımdır? - Baku TV

Gövdə deformasiyaya uğrayıbsa... | Hansı vəziyyətdə olan avtomobili almaq lazımdır? - Baku TV

Cəmiyyət
21 mart 2026 323 baxış
Yeniyetmə sürücülərin törətdiyi qəzaların sayı niyə artıb? | Ekspertdən açıqlama - Baku TV

Yeniyetmə sürücülərin törətdiyi qəzaların sayı niyə artıb? | Ekspertdən açıqlama - Baku TV

Cəmiyyət
21 mart 2026 323 baxış
“Fəhləlik etdirirdilər” | Restoranda xəsarət alan şəxsə kömək edilmir? - Baku TV

“Fəhləlik etdirirdilər” | Restoranda xəsarət alan şəxsə kömək edilmir? - Baku TV

Cəmiyyət
21 mart 2026 323 baxış
Gizli vərəm nədir? - Yarımçıq müalicə hansı fəsadlara səbəb olur? | BAKU MED

Gizli vərəm nədir? - Yarımçıq müalicə hansı fəsadlara səbəb olur? | BAKU MED

Cəmiyyət
21 mart 2026 323 baxış
Turistlər Bakıda keçirilən Novruz bayramı ilə bağlı fikirlərini bölüşdü - Baku TV

Turistlər Bakıda keçirilən Novruz bayramı ilə bağlı fikirlərini bölüşdü - Baku TV

Cəmiyyət
21 mart 2026 323 baxış
AHİK Novruz münasibətilə uşaqlar üçün tədbirlər keçirdi - Baku TV

AHİK Novruz münasibətilə uşaqlar üçün tədbirlər keçirdi - Baku TV

Cəmiyyət
21 mart 2026 323 baxış
Xankəndidə Novruz bayramı qeyd edildi - Baku TV

Xankəndidə Novruz bayramı qeyd edildi - Baku TV

Cəmiyyət
21 mart 2026 323 baxış
Seçilmişlər
icon