AHİK Novruz münasibətilə uşaqlar üçün tədbirlər keçirdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatları Novruz bayramı münasibətilə müxtəlif şəhər və rayonlarda uşaqlar üçün silsilə bayram tədbirləri təşkil edirlər.
Şənliklər çərçivəsində azyaşlılar üçün rəngarəng və əyləncəli proqramlar təqdim olunur, müxtəlif oyunlar təşkil edilir, uşaqlara bayram hədiyyələri verilir.
Bayram tədbirləri Şərqi Zəngəzur və Qarabağ bölgəsində yaşayan uşaqları da əhatə edib. Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa, Ağdam, Kəlbəcər, Xankəndi və Xocalıda keçirilən şənliklərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası nümayəndələri uşaqları Novruz bayramı münasibətilə təbrik edib, onların öz doğma torpaqlarında bayramı qeyd etmələrinin xüsusi sevinc və qürur hissi doğurduğunu vurğulayıblar.
Tədbirlərdə həmçinin Azərbaycan Prezidentinin rəhbərliyi ilə uşaqların sağlam, hərtərəfli və Vətənə layiqli vətəndaş kimi yetişməsi üçün yaradılan şəraitdən bəhs olunub. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaqların rifahına yönəlmiş sosial-humanitar layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb.
Novruz şənliklərində uşaqlar şeirlər səsləndirib, sevinclərini bölüşüblər.
Tədbirlərin sonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən azyaşlılara bayram sovqatları təqdim olunub.
#Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası teqi istifadə olunub
- Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub - Baku TV
- Vitse-spikerdən həmkarlar ittifaqlarına çağırış
- Həmkarlar İttifaqı yollayışları hansı meyarlarla seçir?
- Evdən çıxmadan “putyovka” ala biləcəksiniz | AHİK-dən vacib müraciət
- Həmkarlar ittifaqına üzvlük haqqında bilməli olduğumuz məlumatlar
