Cəmiyyət
Pleyeri seçin:

DTX sosial şəbəkələrdə dezinformasiya yayan şagird barədə məlumat yaydı

12 mart 2024

Sosial şəbəkələrin xarici seqmentində Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum planlaşdırıldığı ilə bağlı insanlarda həyəcan və süni ajiotaj yaratmağa yönələn məlumatlar yayımlanmış və vətəndaşlarımız arasında narahatlığa səbəb olub.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə sosial şəbəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar həyata keçirildiyi məlumdur:

"Əməliyyat-texniki tədbirlər zamanı sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunduğu öz təsdiqini tapmış, xarici tərəfdaşlarla həyata keçirilmiş birgə təxirəsalınmaz tədbirlərlə məlum sosial şəbəkə kanalını yaratmış ölkə ərazisində hər hansı təhdid doğurmaq imkanında olmayan şəxslər və onların Azərbaycan ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilib. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir".

Bildirilib ki, həmçinin eyniadlı “Telegram” səhifəsində yerləşdirilən, Bakı şəhəri Nizami rayonu 229 saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şagirdinin martın 12-də çəkdiyi və özü tərəfindən eyni adda və məzmunda yaradılan kanala yerləşdirildiyi müəyyən edilib, həmin şəxs qanuna müvafiq qaydada istintaqa cəlb edilib.

"Hazırda dünyada çoxsaylı sosial şəbəkələrin fəaliyyət göstərdiyi, onların texniki imkanlarından hər cür dezinformasiya məqsədləri üçün istifadə mümkünlüyünün məlum olduğu bir vaxtda ölkə ictimaiyyətini əhali arasında narahatlıq yaradılması məqsədilə paylaşılan bu kimi qeyri-ciddi məlumatlara inanmamağa, belə aşkar əsassız məlumatları geniş auditoriyaya yayaraq təşviş yaradanları qınamağa çağırır, bu qəbildən olan informasiyaların aidiyyəti orqanlar ilə birgə daim ətraflı yoxlanıldığını bildiririk", – məlumatda qeyd olunub.

Musiqi məktəbindəki məsələ ilə bağlı nazirlikdən açıqlama | Gəncə

Musiqi məktəbindəki məsələ ilə bağlı nazirlikdən açıqlama | Gəncə

Cəmiyyət
19 may 2024
Milli Hidrometeorologiya Xidməti hava proqnozunu açıqladı | Hava haqqında məlumat

Milli Hidrometeorologiya Xidməti hava proqnozunu açıqladı | Hava haqqında məlumat

Cəmiyyət
19 may 2024
Selektiv abortlara şərait yaradılır? | Ekspertlərdən açıqlama

Selektiv abortlara şərait yaradılır? | Ekspertlərdən açıqlama

Cəmiyyət
19 may 2024
Zabux kəndində 32 il sonra toy sədası | Laçınlılar Baku TV-yə danışdı

Zabux kəndində 32 il sonra toy sədası | Laçınlılar Baku TV-yə danışdı

Cəmiyyət
18 may 2024
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı

Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı

Cəmiyyət
18 may 2024
Hərbçilərimiz Türkiyədə keçirilən "EFES-2024" təlimlərində iştirak etdi

Hərbçilərimiz Türkiyədə keçirilən "EFES-2024" təlimlərində iştirak etdi

Cəmiyyət
18 may 2024
Baku TV çəkdi, AYNA problemlə bağlı hərəkətə keçdi

Baku TV çəkdi, AYNA problemlə bağlı hərəkətə keçdi

Cəmiyyət
18 may 2024
Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilmiş Zəngilan məscidi

Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilmiş Zəngilan məscidi

Cəmiyyət
18 may 2024
Vəng kəndindən eksklüziv görüntülər | Baku TV Kəlbəcərdə

Vəng kəndindən eksklüziv görüntülər | Baku TV Kəlbəcərdə

Cəmiyyət
18 may 2024
Yüksək vəzifə verilən Vətən Müharibəsi Qəhrəmanı kimdir?

Yüksək vəzifə verilən Vətən Müharibəsi Qəhrəmanı kimdir?

Cəmiyyət
18 may 2024
Seçilmişlər
icon