“Düz evimin altına dolur” | Masazır sakinlərinin həll edilməyən problemi- Baku TV
Masazır qəsəbəsi, Cantəpə yaşayış massivi, Nəsimi küçəsində yaşayan sakinlər uzun illərdir yolsuzluqdan əziyyət çəkirlər. Masazırı Binəqədi rayonu ilə birləşdirən əsas alternativ yollardan biri olan küçənin təmiri illərdir yarımçıq qalıb. Küçənin yalnız bir hissəsinə asfalt örtüyü çəkilsə də, digər hissələrinin torpaq yol olaraq qalması həm nəqliyyatın hərəkətini çətinləşdirir, həm də sakinlərə ciddi problemlər yaradır.
Sakinlərdən biri mövcud problemlə bağlı narazılığını Baku TV ilə bölüşüb.
“1999-cu ildən bu küçədə yaşayıram. O vaxtlar burada, ümumiyyətlə, yol yox idi, nəinki maşınla, hətta piyada hərəkət etmək qeyri-mümkün idi. İndiyədək bütün işləri qonşuların şəxsi vəsaiti hesabına həll etmişik, lakin problem hələ də qalır. Yayda tozdan pəncərələrimizi aça bilmirik, nəfəs almaq olmur”, – o söyləyib.
#Masazır teqi istifadə olunub
- Masazır sakinlərini özündən çıxaran tikinti problemi - Baku TV CANLI
- Duz gölündə nə baş verir? | Duzun toplanması ilə bağlı ekspertdən açıqlama - Baku TV
- Masazırda duz yığımı dayanıb? | Duz gölündə gözlənilməz dəyişiklik - Baku TV CANLI
- Masazırda duz yığımı dayanıb? | Duz gölündə gözlənilməz dəyişiklik - Baku TV
- "Elə olub ki, o itin üstünə çıxmışam!" | Bu küçələrdə niyə dəhşətli anlar yaşanır? - Baku TV
