Əhalini sevindirəcək xəbər | Azərbaycanın bu ərazisində hansı işlər görülür? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xırdalan şəhərində kanalizasiya infrastrukturunun yenilənməsi istiqamətində yeni layihəyə start verilib.
Layihə rəhbəri Seymur Umarov bildirib ki, Heydər Əliyev prospekti, Həsən Əliyev və Rəşid Behbudov küçələrini əhatə edən ərazidə ümumi uzunluğu 3296 metr olan, diametri 1600, 1400 və 1200 millimetr təşkil edən kanalizasiya xətləri üç hissədə paralel şəkildə inşa edilir. İşlərin təhlükəsizlik qaydalarına uyğun aparıldığı qeyd olunub.
Onun sözlərinə görə, işlərin bu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Əhalinin rahatlığının təmin edilməsi məqsədilə yollar mərhələli şəkildə bağlanacaq və işlər başa çatdıqca yenidən istifadəyə veriləcək.
Qeyd olunub ki, tikinti işləri tamamlandıqdan sonra qazıntı aparılan ərazilərdə yol örtüyü və asfalt yenilənərək ərazi əvvəlki vəziyyətinə qaytarılacaq.
Layihə çərçivəsində Bakı-Sumqayıt yolunun ətrafındakı 26 nömrəli nasosxananın yükünün azaldılması, mövcud xətlərin birləşdirilərək 2400 millimetrlik mikrotunel xəttinə qoşulması və tullantı sularının təmizləyici qurğuya yönləndirilməsi də nəzərdə tutulur.
Məlumata görə, Xırdalandan sonra Masazır qəsəbəsində də kanalizasiya infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlərin aparılması planlaşdırılır.
Layihənin Xırdalan şəhərində yağış və tullantı sularının yaratdığı problemlərin azaldılmasına, kanalizasiya sisteminin səmərəliliyinin artırılmasına və ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcəyi bildirilir.
#Xırdalan teqi istifadə olunub
- "Baku TV"nin gündəmə gətirdiyi qanunsuz tikili ilə bağlı tədbir görüldü - Baku TV
- Xırdalanda piyada yolu zəbt edilib? | Sakinlər tikintidən narazıdır? - Baku TV CANLI
- "Nə edirlərsə, mənim də başım çıxmır" | Xırdalanda piyada yolunda ev tikilir? - Baku TV
- Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV
- Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV
