Pleyeri seçin:

Elçin Əfəndi Gəncədə məktəblinin bıçaqlanmasından danışdı

25 yanvar 2024 445 baxış

"Kişi müəllimlərin say azlığı ilə bağlı dəfələrlə çağırış etmişik. Təəssüf ki, hazırda məktəblərdəki müəllimlərin 80%-ni qadınlar təşkil edir".

Bu sözləri təhsil eksperti Elçin Əfəndi deyib. Gəncədə orta məktəbdə 11-ci sinif şagirdinin yaşıdı tərəfindən bıçaqlanması narədə danışan ekspert hesab edir ki, qadınlarda olan analıq instinkti neqativ halların qarşısının alınmasında maneə törədir:

"Xüsusilə də ibtidai siniflərdə gender bərabərliyi kəskin şəkildə pozulub və nəticə etibarilə kişi müəllimlərin sayı azalıb.

Kişilərin təhsil prosesində olmamasının nəticəsini hazırda görürük. Təhsil müəssisələrində rəhbərlərinin böyük əksəriyyəti də xanımlardır. Əvvəlki dövrlərdə isə kişi müəllimlərin sayının çox olması neqativ hadisələrin qarşısının alınmasına kömək edirdi. Qadın müəllimlərdə analıq instinkti baş qaldırdığı üçün bəzi məsələlərə daha yumşaq yanaşırlar. Bəziləri də öz vəzifəsini itirməmək üçün neqativ halları ört-basdır etməyə çalışır və nəticə etibarilə də məsələ həll olunmadan qalır, neqativ halların da miqyası böyüyür".

Ekspert ölkəmizdə fəaliyyət göstərən kişi müəllimlərin sayının az olmasını iqtisadi amillərlə də əlaqələndirib. Onun fikrincə, kişilər maaş azlığına görə başqa sahələrə üz tuturlar:

"Bu məsələdə əsas problem əməkhaqqıdır. Nə qədər ki, Azərbaycan müəllimi ən az millət vəkili qədər əməkhaqqı almayacaq, o vaxta qədər də kişi müəllim çatışmazlığı olacaq. Ümumiyyətlə, istər kişi müəllim, istər qadın müəllim olsun, bu gün əməkhaqları çox aşağıdır. Əməkhaqqı və keyfiyyət bir-birindən asılıdır".

Qeyd edək ki, hazırda Azərbaycanda 22 mindən çox kişi, 121 mindən çox isə qadın müəllim olduğu bildirilir.

Banner
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 445 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 445 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 445 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 445 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 445 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 445 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 445 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 445 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 445 baxış
"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 445 baxış
Seçilmişlər
icon