Cəmiyyət
Pleyeri seçin:
Elm və təhsil naziri sertifikatlaşdırma ilə bağlı planları açıqladı
“2024-cü ilin iyun ayında 31 min müəllim sertifikasiya imtahanı verəcək”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, növbəti ildə riyaziyyat, ingilis, rus, alman, fransız dili müəllimləri, eyni zamanda, tədrisi digər dillərdə olan şagirdlərə dərs deyən Azərbaycan dili müəllimləri sertifikasiyadan keçəcəklər. Prosesin iyul ayının son 10 günlüyündə keçirilməsi planlaşdırılır.
“Artıq ölkəmizdə 32 min müəllim sertifikatlaşdırma prosesində iştirak edib. Bu da o deməkdir ki, 32 min müəllimin maaşı artıb”, – deyə nazir əlavə edib.
Kopyalandı
Seçilmişlər