Elmi dərəcələrə görə verilən vəsait artırıla bilər? | Maliyyələşmə barədə təklif
Milli Məclisin deputatı Ceyhun Məmmədov elmi dərəcələrə görə verilən vəsaitin artırılmasını təklif edib.
Deputat parlamentin noyabrın 26-da keçirilən plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsində çıxışı zamanı bildirib ki, sonuncu dəfə bu məsələyə bir neçə il əvvəl baxılıb.
O deyib ki, hazırda bu məbləğ fəlsəfə doktorları üçün 60, elmlər doktorları üçün 100 manatdır:
“Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, bu məsələ ilə bağlı yeni mexanizm tətbiq olunacaq. Əgər belə plan varsa, onun sürətləndirilməsini, vəsaitin az da olsa artırılmasını təklif edirəm”.
C.Məmmədov eyni zamanda universitetlərdə müəllimlərin maaşlarına baxılması, ali təhsil müəssisələrinin tədqiqatyönlü fəaliyyəti, maddi-texniki bazalarının gücləndirilməsi üçün ayrılan vəsaitin artırılmasını, ümumilikdə universitetlərin maliyyələşmə sisteminə yenidən baxılmasını zəruri hesab edib.
“Əksər ərazilərdə məktəblərdə ciddi şagird sıxlığı müşahidə olunur. Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4 400 məktəbdən 1 500 məktəbin bağlanılması planlaşdırılır. Düşünürəm ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq”, – deputat əlavə edib.
#Milli Məclis teqi istifadə olunub
- Bank kreditlərinə alternativ üsul | Bu qanun Azərbaycanda hansı imkanları yarada bilər? - Baku TV
- Parlamentdə müzakirə: Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV
- Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV CANLI
- Milli Məclis balıqçılıq və akvokultura haqqında qanun layihəsini təsdiqləyib - Baku TV
- "Hər 6 uşaqdan biri kiberzorakılıqla qarşılaşır" | Komitə sədri - Baku TV
