Pleyeri seçin:

Elza Seyidcahandan Elçin Cəfərova sərt sözlər | Özümü o səviyyəyə endirmək...

16 oktyabr 2024 601 baxış

Əməkdar artist Elza Seyidcahanla müğənni Elçin Cəfərov arasındakı qalmaqal alovlanıb.

“Olay.az”a açıqlama verən bəstəkar E.Cəfərovun bir müddət öncə onun şeirləri ilə bağlı səsləndirdiyi fikrə reaksiya verib.

Ondan öncə Yazıçılar Birliyinin sədri Anar Rzayev və sədr müavini Rəşad Məcidlə olan iclasdan danışıb:

“İclasa görə çox sevindim. Bir məsəl var, deyir, it də yiyəsiz olmasın. Mənim sahibim var. Krılovun bir əsəri var. İki dost oynayır, ayı gələndə biri qaçır, digəri görür ki, ayı onu yeyəcək, özünü yatmışlığa qoyur. Qaçan soruşur ki, ayı sənə nə dedi? Deyir, söylədi ki, ondan sənə dost olmaz. Mənim adımdan o sözü yaydılar ki, guya demişəm. Halbuki nə şeirimdə yazmışdım, nə də nitqimdə demişdim. Mənə çox sataşıblar. Özləri özlərini ifşa etdilər. Hər kəsin öz üslubu var. Mənim də öz üslubumu onlar özlərinə məxsus təqdim etdilər. Yazıçılar Birliyini narahat etdilər. Mən nə Bəstəkarlar İttifaqına, nə Yazıçılar Birliyinə, nə də öz adıma, daşıdığım nənəmin Elza Seyidcahan adına toz qondurmamışam. Heç bir zaman məhkəməyə verməmişdim. Bu dəfə vermişəm, böyük təzminat tələbi də qoyulub. Çünki onlar Yazıçılar Birliyinin adına xələl gətirmək istəyirdilər. Mənə xəbərdarlıq olundu ki, çox istedadlısan, özünü belə insanlardan qoru. Mən tək deyiləm, tək olsam, nə var idi? Amma mənim yiyələrim var. Xəbərdarlıq etdilər ki, bəzi əbləhlərdən özünü qoru. Bizi özləri fikirləşdikləri kimi görmək istəyənlər məhkəmədə cavab verəcəklər. Oxuya bilməyənlər yaza bilənlərə qarşı hücuma keçmişdilər. İnşallah ki məhkəmədə sübut edəcəyik onlara”.

E.Seyidcahan E.Cəfərovla bağlı suala gəlincə, bunları söyləyib: “İstəməzdim ki, o zirvədən sual vermisiniz, özümü bu kiçikliyə endirim. Yəqin, məni düzgün başa düşərsiniz. Axı dedim ki, yiyəsiz deyiləm. Mənə xəbardarlıq olundu ki, özünü əbləhlərdən qorumalısan. Ona görə də sizə belə cavab verməli idim”.

Qeyd edək ki, Elçin bir müddət öncə Əməkdar artistin şeirləri haqqında “Açıq deyəcəyəm, bu, abırlı bir şey deyil. Bu, ayıb bir şeydir” açıqlamasını vermişdi.

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 601 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 601 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 601 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 601 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 601 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 601 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 601 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 601 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 601 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 601 baxış
Seçilmişlər
icon