Pleyeri seçin:

Əqli fəaliyyəti təhdid edən amillər | Alimlər nələri açıqladı?

08 dekabr 2024 392 baxış

Qısa videoların daimi izlənməsi insanın ağıllı düşünmə qabiliyyətini azalda bilər.

Müasir dövrdə bir dəqiqəyə qədər olan videolar daha çox populyarlıq qazanır. Bu səbəbdən də “beyin çürüməsi” termini getdikcə daha çox işlənməyə başlanılıb.

Hətta Oksford İngilis dili lüğəti bu termini 2024-cü ilin ən popular sözü kimi təqdim edib.

Bu terminin niyə belə məşhurlaşdığını psixiatr Vasili Şurov açıqlayıb.

Həkimin sözlərinə görə, əvvəllər heç kim bu cür videolara iki saat, dayanmadan baxmırdı. O izah edib ki, kadrların sürətlə dəyişməsi rəqəmsal şirkətlərin yaratdığı asılılıqdır. Beyin yeni və maraqlı bir şey axtarır, nəticədə isə yalnız “dopamin partlayışı” əldə edir. İnsanlar da bu videolarla xoşbəxt olduqlarını zənn edirlər. Beləliklə, qısa videolar insanın əqli fəaliyyətini həqiqətən də zəiflədə bilər.

Xüsusilə, qulaqlıqlarla uzun müddət video izləyən insanların beyni daha çox zərər görür. Burada artıq videoların məzmununun heç bir əhəmiyyəti yoxdur.

Qeyd edək ki, son araşdırmalardan birində alimlər müəyyən ediblər ki, gündə dörd saat qulaqlıq istifadə etmək beyində geri dönməyən dəyişikliklərə səbəb ola bilər.

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 392 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 392 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 392 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 392 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 392 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 392 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 392 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 392 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 392 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 392 baxış
Seçilmişlər
icon