Pleyeri seçin:

Erməni ədavəti - Saral kəndində törədilən faciələr | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

30 iyun 2023 440 baxış

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Bazarda torba satan kor erməni pulu Daşnaksütyun Partiyasına verirdi” adlı veriliş Qərbi Azərbaycanın Pəmbək mahalı, Hamamlı (Spitak) rayonu, Saral kənd sakini Dilbər Osmanovanın həyat hekayəsinə həsr olunub. O, orta məktəbi bitirəndən sonra Azərbaycana gəlib oxuduğunu və ermənilərin onları işlə təmin etmədiyi üçün o vaxt Bakıya gəldiyini söyləyib:

“Biz Saralda erməninin içərisində yaşamağımıza baxmayaraq, öz adət-ənənələrimizin hamısını qoruyub saxlamışdıq. Bütün ayinləri, bütün mərasimlərin hamısını gözəl keçirirdik. Ermənilərin buna bir növ paxıllığı tuturdu”.

Onun sözlərinə görə, ermənilər həmişə azərbaycanlılara qarşı məkrlik, paxıllıq edib, faciələr törədiblər:

“Ermənilər 14 yaşında pencər yığmağa gedən iki azərbaycanlı qızın birini öldürdülər, biri isə qaçıb evə gəlmişdi. Evə gələndə onun dili tutulub, hadisəni danışa bilməyib. Əli ilə işarə edib, aparıb göstərib, baxıblar ki, orada qızın meyitidir. Sonra bu sağ qalan qıza ermənilər dedilər, sən boynuna götür ki, mən öldürmüşəm, səni biz azad edəcəyik. Yoxsa səni tutduracağıq. Bu yazıq qız da onu öldürdüyünü boynuna götürdü. Onu da tutdular. Çobanın əl-qolunu bağlayıb dağdan buraxmışdılar. Bəy ilə gəlini toylarında öldürmüşdülər. Bunları biz hələ orada yaşayarkən eşitmişdik, görmüşdük”.

D.Osmanova ermənilərin hücum çəkib Saral kəndini neçə ay mühasirədə saxlamasından, camaatı avtobuslara doldurub kənddən çıxarmasından danışıb:

“Bir avtobusda bizim poçtalyon Məsim deyilən bir yaxşı kişi var idi. Onun oğlunu, gəlinini, nəvəsini, başqa birinin də nəvəsini orada öldürmüşdülər. Hətta meyitini verməmişdilər”.

 

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 440 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 440 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 440 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 440 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 440 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 440 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 440 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 440 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 440 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 440 baxış
Seçilmişlər
icon