Pleyeri seçin:

Ermənilər meyitlərinə sahib çıxmadı | Qazi Suqovuşanı azad edərkən yaşadıqlarını danışdı

03 oktyabr 2024 261 baxış

Oktyabrın 3-ü Tərtər rayonunun Suqovuşan qəsəbəsinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 4 il ötür.

Uzun illərdən sonra vətənin qəhrəman oğulları Suqovuşanı işğaldan azad edərək hər şeydən uca tutduğumuz müqəddəs bayrağımızı əzəli və tarixi torpağımızda yenidən ucaldıb.

Bu unudulmaz anı bizə yaşadan igidlərdən biri də Suqovuşana bayraq sancan xüsusi təyinatlı İlkin Fərzəliyevdir.

Qazimiz Suqovuşanı azad edərkən yaşadıqlarını Baku TV-yə danışıb:

“Oktyabr ayında deyildi ki, Suqovuşan istiqamətində irəliləmək lazımdır. Biz Talışla Suqovuşan arasındakı 831 yüksəkliyinə gəlib çıxmışdıq. “N” saylı hərbi hissənin 6 kəşfiyyatçısı şəhid olmuşdu. Deyildi ki, o şəhidləri götürmək lazımdır. 12 saatlıq atəşkəs idi, neytrala çıxdım. Gördüm ki, ermənilər özləri üçün səngər düzəldiblər, sayları da çox idi. Silahı, bıçağı kənara qoydum. Göstərdim ki, üzərimdə heç bir şey yoxdur. Bir dənə şəhidimizi götürməyim üçün icazə istədim.

Ratsiya vasitəsilə belə bir əmr gəldi ki, erməni snayperlər sizi tanıyıblar, Fərzəliyev neçə şəhid götürübsə, qayıtsın. Ratsiyanı götürüb dedim ki, 6 şəhidimiz var, 2-ni rahat götürə bilirəm. Polkovnik dedi ki, onları götürüb qayıt, ermənilərin snayperləri səni vurmaq üçün icazə istəyiblər. Dedim ki, yox. Ratsiyanı söndürdüm, gizir Rüstəmova verdim. Bizimkilərdən bircə dənə onu xahiş etdim ki, əgər vurulsam, meyitimi burada saxlamayın.

Biz oradan şəhidləri götürdük. Həmin müddət ərzində ermənilərə dedim ki, biz şəhidlərimizi götürürük, siz də özünüzünküləri götürün. Dedilər ki, bizim meyitimiz yoxdur, onlar bizə lazım deyil”. 

Kosmetoloq gözlənilməz təhlükələrdən danışdı

Kosmetoloq gözlənilməz təhlükələrdən danışdı

Cəmiyyət
11 iyun 2026 261 baxış
Cəbrayılda sakinlərin müvafiq müraciətləri dinləniləcək - Baku TV

Cəbrayılda sakinlərin müvafiq müraciətləri dinləniləcək - Baku TV

Cəmiyyət
11 iyun 2026 261 baxış
Orta məktəbi bitirən məzunlar üçün tədbir keçirildi - Baku TV

Orta məktəbi bitirən məzunlar üçün tədbir keçirildi - Baku TV

Cəmiyyət
11 iyun 2026 261 baxış
Bitkoində kəskin ucuzlaşma | Qiymət nə qədər enə bilər? - Baku TV

Bitkoində kəskin ucuzlaşma | Qiymət nə qədər enə bilər? - Baku TV

Cəmiyyət
11 iyun 2026 261 baxış
Uşaqları zərərli informasiyalardan necə qorumalı? - Baku TV

Uşaqları zərərli informasiyalardan necə qorumalı? - Baku TV

Cəmiyyət
10 iyun 2026 261 baxış
Məhkəmədən gözlənilməz tələb | Arayik Harutyunyanın vəkili çıxış etdi - Baku TV

Məhkəmədən gözlənilməz tələb | Arayik Harutyunyanın vəkili çıxış etdi - Baku TV

Cəmiyyət
10 iyun 2026 261 baxış
“Sovet dövrünün insanları bugünkü “dindar”lardan daha müsəlman idi” | Turan İbrahimov - AMİN

“Sovet dövrünün insanları bugünkü “dindar”lardan daha müsəlman idi” | Turan İbrahimov - AMİN

Cəmiyyət
10 iyun 2026 261 baxış
Sosial şəbəkələrdə yaş yoxlanışı bank kartı və elektron poçt vasitəsilə həyata keçiriləcək

Sosial şəbəkələrdə yaş yoxlanışı bank kartı və elektron poçt vasitəsilə həyata keçiriləcək

Cəmiyyət
10 iyun 2026 261 baxış
"Müdirin ad günü üçün də..." | Bağçada valideynlərdən yüz cür bəhanə ilə pul yığılır? - Baku TV

"Müdirin ad günü üçün də..." | Bağçada valideynlərdən yüz cür bəhanə ilə pul yığılır? - Baku TV

Cəmiyyət
10 iyun 2026 261 baxış
Yeni qaydalar | Sosial şəbəkələrdən istifadədə hansı dəyişikliklər olacaq? - Baku TV

Yeni qaydalar | Sosial şəbəkələrdən istifadədə hansı dəyişikliklər olacaq? - Baku TV

Cəmiyyət
10 iyun 2026 261 baxış
Seçilmişlər
icon