Pleyeri seçin:

Kimlər məcburi köçkün statusunu itirə bilərlər? - Baku TV

03 iyun 2026 500 baxış

Azərbaycan dövləti məcburi köçkünlərlə bağlı yeni hüquqi mərhələyə keçməyə hazırlaşır.

İllərlə işğal altında qalan torpaqlar artıq azaddır. Dövlət həmin ərazilərdə şəhərlər, kəndlər salır, evlər tikir, infrastruktur qurur və vətəndaşların doğma yurdlarına qayıdışı üçün şərait yaradır.

Məhz bu reallıq fonunda Milli Məclisdə müzakirəyə çıxarılan qanun dəyişiklikləri məcburi köçkünlərə mühüm bir mesaj verir: əgər dövlət sizi əvvəlki yaşayış yerinizin əvəzinə evlə təmin edibsə və ya doğma yurdunuza qayıtmaq üçün bütün şəraiti yaradıbsa, həmin təklifdən imtina etmək artıq məcburi köçkün statusunun saxlanılması üçün əsas sayılmayacaq.

Başqa sözlə, vaxtilə insanları öz yurdlarından didərgin salan səbəblər aradan qalxıb. Torpaqlar azad edilib, yaşayış məntəqələri bərpa olunur və dövlət qayıdış imkanını təmin edir. Bu halda vətəndaşın qayıdıb-qayıtmamaq qərarı artıq onun şəxsi seçiminə çevrilir.

Yeni dəyişikliklərin mahiyyəti də məhz bundan ibarətdir. Dövlət deyir ki, əgər sənə yaşayış yeri təqdim olunubsa, qayıdış üçün imkan yaradılıbsa, lakin sən öz seçiminlə bundan imtina edirsənsə, artıq məcburi köçkün statusunu daşımaq üçün hüquqi əsas qalmır.

Qanun layihəsinə əsasən, dövlət tərəfindən təqdim edilən yaşayış yerindən imtina edən şəxslər məcburi köçkün statusunu itirə bilərlər. Eyni zamanda sosial müdafiə tədbirləri də statusun itirildiyi tarixdən sonra üç il müddətində davam edəcək.

Dəyişikliklərin arxasında duran əsas məntiq isə aydındır. Bir vaxtlar işğal səbəbindən məcburi köçkün düşən insanların doğma torpaqlarına qayıdışı üçün maneələr aradan qaldırılıb. Dövlət öz öhdəliyini yerinə yetirərək yeni evlər tikib, qayıdış proqramları hazırlayıb. Bu baxımdan qayıdış imkanı yaradıldığı halda məcburi köçkün statusunun davam edib-etməməsi vətəndaşın öz seçimi ilə əlaqələndiriləcək.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 500 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 500 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 500 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 500 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 500 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 500 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 500 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 500 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 500 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 500 baxış
Seçilmişlər
icon