Cəmiyyət
Pleyeri seçin:

Ermənilər Qaragöl ətrafında Rusiya hərbçilərini güllələdi

22 mart 2023

Martın 21-dən etibarən erməni mənbələri Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni müqaviləli hərbçinin guya oğurlanması, o cümlədən rus hərbçilərinin guya hərbçilərimiz tərəfindən yaralanması-öldürülməsi mövzularını təbliğ etməyə çalışır.

“Caliber”in hərbi mənbələrdən aldığı məlumata görə, martın 21-də saat 14:00 radələrində Rusiya hərbçiləri ordumuzun nəzarətində olan ərazilərdə itkin düşə biləcək erməni hərbçilərlə bağlı Azərbaycan tərəfi ilə əlaqə saxlayıb. Azərbaycan tərəfi erməni əsgərinin tapılmadığını bildirib və bu istiqamətdə yerləşən postlarımıza atəş açmamaq barədə dərhal əmr verilib.

“Caliber” yazır ki, martın 21-i saat 15:00 radələrində “Patriot” UAZ-ı ilə erməni əsgəri axtarmaq üçün əraziyə yaxınlaşan Rusiya əsgərlərinə doğrudan da atəş açılıb, ancaq bu, erməni postunun yaxınlığında baş verib. Həmin müddətdə Azərbaycan Ordusuna Qaragöl istiqamətində atəş açmamaq barədə verilən əmr qüvvədə olub. Müvafiq məlumat Rusiya hərbi komandanlığının diqqətinə də çatdırılıb.

Ruslar isə öz hərbçilərinin güllə yarası almadığını deyiblər. Qeyd ediblər ki, güllə yalnız maşının şüşəsinə dəyib. Bunu Gorus administrasiyasının mətbuat xidməti də təsdiqləyib. Belə ki, iki rus əsgərin güllə yarası almadığı, lakin şüşə qırıntılarının onları yüngül zədələdiyi, tibb məntəqəsində baxışdan sonra dərhal hərbi xidmətə qayıtdıqları bildirilib.

Azərbaycan tərəfi ballistik ekspertizanın keçirilməsini tələb edib, çünki rus əsgərlərinin maşınına ermənilərin güllə atdığına əmindir.

"İblis və..." tamaşasının Bakı premyerası böyük təntənə və uğurla baş tutdu

"İblis və..." tamaşasının Bakı premyerası böyük təntənə və uğurla baş tutdu

Cəmiyyət
05 oktyabr 2024
Qonşusu ilə eşq yaşayan evli rektorun faciəsindən bəhs edən film hansıdır? | ARAŞDIRMA

Qonşusu ilə eşq yaşayan evli rektorun faciəsindən bəhs edən film hansıdır? | ARAŞDIRMA

Cəmiyyət
05 oktyabr 2024
Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi | Hava haqqında məlumat

Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi | Hava haqqında məlumat

Cəmiyyət
05 oktyabr 2024
Tuladan olan velosipedçilərin Cənub bölgəsinə gəlmə məqsədi | Burada insanlar qonaqpərvərdir

Tuladan olan velosipedçilərin Cənub bölgəsinə gəlmə məqsədi | Burada insanlar qonaqpərvərdir

Cəmiyyət
05 oktyabr 2024
Bu yolda qanunu bilməyən sürücülər çaşbaş qalır | Yol hərəkəti qaydasını bilmək vacibdir!

Bu yolda qanunu bilməyən sürücülər çaşbaş qalır | Yol hərəkəti qaydasını bilmək vacibdir!

Cəmiyyət
05 oktyabr 2024
Azad edilmiş torpağımızda tam orta məktəb istifadəyə verildi | Neçə şagird təhsil alacaq?

Azad edilmiş torpağımızda tam orta məktəb istifadəyə verildi | Neçə şagird təhsil alacaq?

Cəmiyyət
05 oktyabr 2024
Zəngilanda quruculuq işləri davam edir | Yaşayış kompleksi haqqında ümumi məlumat

Zəngilanda quruculuq işləri davam edir | Yaşayış kompleksi haqqında ümumi məlumat

Cəmiyyət
05 oktyabr 2024
Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirildi | Seminarda nələr müzakirə edildi?

Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirildi | Seminarda nələr müzakirə edildi?

Cəmiyyət
05 oktyabr 2024
Neçə fərdi evin tikintisi başa çatıb? | İstifadəyə hazır mənzillərdən görüntülər

Neçə fərdi evin tikintisi başa çatıb? | İstifadəyə hazır mənzillərdən görüntülər

Cəmiyyət
05 oktyabr 2024
Əli Əsədov Balababa Rzayevlə bağlı sərəncam imzaladı

Əli Əsədov Balababa Rzayevlə bağlı sərəncam imzaladı

Cəmiyyət
05 oktyabr 2024
Seçilmişlər
icon