Pleyeri seçin:

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı təxribatlardan biri - Sumqayıt hadisələri

28 fevral 2025 530 baxış

Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 37 il ötür.

1988-ci il fevralın 28-də baş verən bu hadisələr SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi.

Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhvali-ruhiyyəsi yaratmaq idi.

Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, 2 dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir. E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən öldürüb.

Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi. Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258 min nəfər idi və bunun təqribən 18 minini etnik ermənilər təşkil edirdilər. 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmayıb və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çoxkonfessiyalı xüsusiyyətini saxlamaqdadır.

1988-ci il fevralın 26-da Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Dağlıq Qarabağ regionunda ermənilər tərəfindən 2 gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutuldu. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edildi. İğtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi başlandı, xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilən 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradıldı.

SSRİ Baş Prokurorluğunun apardığı istintaq nəticəsində iğtişaş zamanı 6 azərbaycanlının öldürüldüyü müəyyən edildi. Məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, 1 nəfər isə ölüm hökmünə məhkum olundu. Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılan istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri müəyyən edilmədi.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 530 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 530 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 530 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 530 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 530 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 530 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 530 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 530 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 530 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 530 baxış
Seçilmişlər
icon