Pleyeri seçin:

“Ev yıxmaq istəyən bunu edir” | Dəhşətə gətirən əməllər | Cadular görün necə üzə çıxdı - Baku TV

07 yanvar 2026 565 baxış

Xəzər dənizinin suyunun geri çəkilməsi nəticəsində Bakı çimərliklərinin birində iç-içə keçirilmiş qıfıllar, düyünlənmiş saplar və digər oxşar əşyalar üzə çıxıb.

El arasında “cadu” adlandırılan bu əməllərə bəzi insanlar inansa da, mövzuya mövhumat kimi yanaşanlar da az deyil.

Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

“İnsanlar cadunu ev yıxmaq, kiminsə qara gününü arzulamaq üçün edirlər”, – vətəndaşlardan biri söyləyib.

Digər bir sakin isə qeyd edib:

“Mən caduya inanmıram. Fikrimcə, bu, cahillikdən irəli gəlir”.

Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan bildirib ki, islam dini bu cür inanclara birmənalı şəkildə qarşı çıxır:

“Hesab edirəm ki, din xadimləri bu mövzuda daha çox məsuliyyət daşıyırlar. Onlar cəfəngiyyat məsələlər əvəzinə bu kimi problemləri ictimaiyyətin diqqətinə çatdırmalı, insanları belə inanclardan uzaq tutmalıdırlar”.

Psixoloqlar isə bildirirlər ki, cadunun təsiri yalnız ona inanan insanlarda özünü göstərə bilər.

Psixoloq Gülər Məmmədova mövzu ilə bağlı qeyd edib ki, insanlar özlərinin və ya başqalarının həyatında dəyişiklik etmək məqsədilə müxtəlif inanc sistemlərinə üz tuturlar:

“Xüsusilə intellektual səviyyələri qarşılaşdıqları problemləri həll etməyə yetərli olmayan şəxslər batil inanclara yönəlirlər. Bu əməllərin isə ona inanmayanlara heç bir təsiri yoxdur”.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 565 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 565 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 565 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 565 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 565 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 565 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 565 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 565 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 565 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 565 baxış
Seçilmişlər
icon