Pleyeri seçin:

Evlilik yaşının yüksəlməsi ölkədə yeni doğulanların sayına necə təsir edir? - Baku TV

25 iyul 2026 350 baxış

2026-cı ilin yanvar–may ayları ərzində ölkədə 34056 körpə doğulub. Bu statistik göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4780 nəfər azdır. Eyni zamanda bu ilin yanvar–aprel aylarında ölkədə 21277 ölüm halı qeydə alınıb ki, hər 1000 nəfərə düşən ölüm əmsalı 6,1-dən 6,3-ə qədər artıb.

Paytaxt sakinləri mövzu ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər.

“Artıq iki uşağı olan ailə belə çoxuşaqlı ailə sayılır. Çünki dövrümüzə görə tələbatlarımız çoxalıb. Uşaqların sayını artırmaqla digərlərinin haqqına girmiş oluruq”, – onlardan biri söyləyib.

Digər bir sakin isə bildirib: “Ailələri saxlamaqla bağlı insanlarda qorxu var. Beş yaşında bir övladım var və çətinliklə də olsa, onu saxlayırıq”.

Mütəxəssislər bildirirlər ki, gənclərin ailə qurma yaşının yüksəlməsi, övlad sahibi olmağın təxirə salınması, sosial və iqtisadi amillər doğum göstəricilərinə təsir edən əsas səbəblər sırasındadır.

İqtisadçılar hesab edirlər ki, doğum səviyyəsinin azalması gələcəkdə əmək bazarında işçi qüvvəsinin sayına, pensiya sisteminin dayanıqlılığına və ümumi iqtisadi inkişafa təsir göstərə bilər.

Məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı Emin Qəribli qeyd edib:

“Rusiyanın təcrübəsində doğulan uşaqlara mənzillərin verilməsi kimi addımlar 6–7 il müddətində müsbət effekt verdi. Lakin son statistik məlumatlar göstərir ki, son 2 ildə yenə də azalma müşahidə olunub. Təbii ki, bu cür sosialyönümlü tədbirlər davam etdirilməlidir. İpoteka kreditlərinə gəldikdə isə düşünürəm ki, bu istiqamətdə güzəştləri artırmaq olar”. 

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 350 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 350 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 350 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 350 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 350 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 350 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 350 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 350 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 350 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 350 baxış
Seçilmişlər
icon