“Əvvəl utandım, amma...” | Allahverdi Yolçuyev küçələrdə corab satması ilə bağlı nəyi etiraf etdi?
“Birdən-birə ajiotaj yarandı. Səhər saatlarından insanlar müxtəlif sosial şəbəkələrdən mənimlə əlaqə saxlayır. Hamısına deyirəm ki, bəli, corab satmışam, oğurluq etməmişəm ki?! Ehtiyac olsa, yenə edərdim”.
Bunu Baku TV-yə açıqlamasında aktyor Allahverdi Yolçuyev deyib.
O bildirib ki, son günlər mediada yayılan məlumatlardan sonra mədəniyyət naziri Adil Kərimli onunla iki dəfə əlaqə saxlayıb:
“Mədəniyyət naziri Adil Kərimliyə təşəkkürümü bildirirəm. İki dəfə zəng edib, nəyə ehtiyacım olduğunu soruşub. Demişəm ki, mən işsizəm. Cəmi 336 manat 58 qəpik təqaüd alıram. Bu pulla dolanmaq, dərmanlarımı almaq çox çətindir. Beləliklə, Dövlət Akademik Musiqili Teatrda işimi bərpa etdilər. Sevincimdən o qədər ağladım ki... Aidiyyəti qurumlar mənimlə maraqlandığı üçün artıq corab satmaq bir tarixə çevrildi”.
