Pleyeri seçin:

Xəstə uşaqların görüntüləri ilə pul qoparan fırıldaqçı saxlanıldı | DİN-dən açıqlama - Baku TV

16 dekabr 2025 167 baxış

Son dövrlər sosial şəbəkələrdə "körpələrə yardım", "fiziki qüsurlu uşaqlara ianə", "təcili əməliyyat üçün pul lazımdır" kimi çağırışlara rast gəlinir. Amma təəssüflə qeyd olunmalıdır ki, əksər hallarda həmin paylaşımlar insanların hisslərini manipulyasiya edərək dələduzluq yolu ilə pul qazanmağa hesablanır.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu cür hüquqazidd əməllərin yol verildiyi səhifələrə qarşı isə Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən mütəmadi olaraq əməliyyat-texniki tədbirlər həyata keçirilir.

Kiberpolisin növbəti tədbiri zamanı qeyd olunan analoji əməlləri törətməkdə şübhəli bilinən 30 yaşlı Rəsul Həsənov saxlanılıb. O, xəstə, müalicəyə ehtiyacı olan körpələrin foto və videogörüntülərini "Instagram" sosial şəbəkəsində yaratdığı "Zəhra balama yardım", "Körpə balama dəstək", "Əli üçün yardım", "Yusif serebral iflic" və s. səhifələrdə paylaşaraq təcili yardım edilməzsə, körpələrin həyatı üçün təhlükə yarana biləcəyini qeyd edib.

R.Həsənov yardımların köçürülməsi üçün istifadəsində olan bank kartlarını da həmin paylaşımların üzərində yerləşdirib. Ağır xəstəliyi olan uşaqların görüntüləri, emosional musiqi və mətnlərdən təsirlənən vətəndaşlar isə qeyd edilən kartlara 1 manatdan 500 manata qədər, ümumilikdə isə 200 000 manata yaxın pul vəsaiti köçürüblər. Saxlanılan şəxs həmin pulları nağdlaşdıraraq şəkillərini paylaşdığı uşaqların ailələrinə yox, öz şəxsi ehtiyaclarına xərcləyib.

R.Həsənovdan iş üzrə əhəmiyyət kəsb edən məlumat və elektron sübutlar aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

"Vətəndaşlara tövsiyə edilir ki, sosial şəbəkələrdə yardım adı altında yerləşdirilən bu tipli məlumatlarla qarşılaşan zaman bir qədər diqqətli olsunlar. Həmçinin sosial şəbəkə istifadəçilərini dəqiqləşdirilməmiş məlumatlara inanaraq pul köçürmə əməliyyatlarından çəkinməyə çağırırıq", – məlumatda qeyd edilib.

Gölləri qurudub satanlar kimlərdir? | Üç qurum birləşib bir suala cavab verə bilmədi - Baku TV

Gölləri qurudub satanlar kimlərdir? | Üç qurum birləşib bir suala cavab verə bilmədi - Baku TV

Cəmiyyət
21 yanvar 2026 167 baxış
Xankəndi sakinlərinin sevinci | "Bundan daha xoş nə ola bilər?!"- Baku TV

Xankəndi sakinlərinin sevinci | "Bundan daha xoş nə ola bilər?!"- Baku TV

Cəmiyyət
21 yanvar 2026 167 baxış
Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi - Baku TV

Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi - Baku TV

Cəmiyyət
21 yanvar 2026 167 baxış
Uşaqların təhlükə altında qaldığı məktəbdə nələr yaşanır?  | “Deyir ki, üstümüzə su damır” - Baku TV

Uşaqların təhlükə altında qaldığı məktəbdə nələr yaşanır? | “Deyir ki, üstümüzə su damır” - Baku TV

Cəmiyyət
21 yanvar 2026 167 baxış
Güclü qar Leriki bu hala saldı | Ağır fəsadlar ortaya çıxdı - Baku TV

Güclü qar Leriki bu hala saldı | Ağır fəsadlar ortaya çıxdı - Baku TV

Cəmiyyət
21 yanvar 2026 167 baxış
8 aya hazırladı, dediyi qiymət şoka saldı | "Fatimeyi-Zəhra" məscidinin taxta maketi

8 aya hazırladı, dediyi qiymət şoka saldı | "Fatimeyi-Zəhra" məscidinin taxta maketi

Cəmiyyət
21 yanvar 2026 167 baxış
"Hər səhər cərimə..." | Bakıda bu küçələrin kəsişməsindəki problemlər həll edildi? - NECƏ OLMALIDIR?

"Hər səhər cərimə..." | Bakıda bu küçələrin kəsişməsindəki problemlər həll edildi? - NECƏ OLMALIDIR?

Cəmiyyət
21 yanvar 2026 167 baxış
Payız kəndində sakinlərin bitməyən problemi | "Sudan ötrü ölürük" - Baku TV

Payız kəndində sakinlərin bitməyən problemi | "Sudan ötrü ölürük" - Baku TV

Cəmiyyət
21 yanvar 2026 167 baxış
Qardan sonra paytaxtın bəzi yolları bu hala düşdü

Qardan sonra paytaxtın bəzi yolları bu hala düşdü

Cəmiyyət
21 yanvar 2026 167 baxış
Xankəndinə ilk köç | "Sevinc hissi ilə doluyuq bu dəqiqə" - Baku TV

Xankəndinə ilk köç | "Sevinc hissi ilə doluyuq bu dəqiqə" - Baku TV

Cəmiyyət
21 yanvar 2026 167 baxış
Seçilmişlər
icon