Sel və daşqınlarla bağlı əhaliyə xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Respublika çaylarında müşahidə olunan gursululuq dövrü davam etməkdədir. Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
O bildirib ki, son günlər ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində Böyük, Kiçik Qafqaz və Şərqi Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda sululuq artıb:
"Şəki rayonu ərazisindən axan Kiş çayda və Goranboy rayonu ərazisindən axan Goran çaydan sel keçib".
"Qeyri-sabit yağıntılı hava şəraitinin iyunun 13-nə qədər davam etməsi ilə əlaqədar sel təhlükəsi olan Balakən, Şəki, Quba, Qusar, Qazax, Gəncə, Daşkəsən, Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda baş verə biləcək sel və daşqınla əlaqədar vətəndaşlara diqqətli olmağı və təhlükəsiz yerdə durmaları tövsiyə edilir", – deyə o qeyd edib.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI
- Qeyri-sabit hava ölkəni cənginə alır | Bu ərazilərdə ehtiyatlı olun - Baku TV
- Bakıda və bölgələrdə hava kəskin dəyişir? | Hava haqqında məlumat - Baku TV
- Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI
- Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV
