FHN hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq etdi
Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, hava şəraiti kəskin dəyişərək temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı və ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməlidir.
Eyni zamanda xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin mövsümə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi tövsiyə edirik.
Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
#Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- FHN çimərliklərdə baş verən bədbəxt hadisələrin statistikasını açıqladı - Baku TV
- "Suda xilas edilənlərin sayı..." | FHN-dən xilasetmə əməliyyatları barədə açıqlama - Baku TV
- FHN çimərlik mövsümünün başa çatması ilə bağlı mətbuat konfransı keçirir - Baku TV CANLI
- "Bilmirik, kimə müraciət edək" | Təhlükəli evdə yaşayanlar niyə köməksiz qalıb? - Baku TV
- Sürücülərin nəzərinə | Yola çıxan zaman bunları mütləq nəzərə alın - Baku TV CANLI
