FHN hərəkətə keçdi | Zavoddakı təlimdən anbaan görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti paytaxtın Nizami rayonunda yerləşən SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib.
Əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların emal edildiyi, strateji əhəmiyyət kəsb edən obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinə məxsus bölmələrin, 1 nömrəli Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinin və Nizami Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvə və vasitələri cəlb olunub.
Təlim zamanı zavod ərazisində baş verən şərti yanğın yerinə operativ çatan yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər. Uğurla keçirilən təlimdən sonra əldə edilən nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Atatürk prospektində yanğın
- Alovun genişlənməsinə imkan verilmədi | Hadisə yerindən ən son məlumat - Baku TV
- Binəqədidə yerləşən obyektdə başlayan yanğına FHN qüvvələri cəlb olunub - Baku TV CANLI
- Bakıda tanınmış restoranı alov bürüdü | FHN təcili hərəkətə keçdi - Baku TV
- Nəsimidə evdən çıxa bilməyən iki nəfərin köməyinə FHN çatdı - Baku TV CANLI
