Pleyeri seçin:

"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

09 noyabr 2026 180 baxış

Vətənin qəhrəman oğulları kimi o da şərəfli döyüş yolu keçib. 44 günlük Vətən müharibəsində əzmlə vuruşub. Noyabrın 8-də keçirilən əməliyyat zamanı ağır yaralanıb və Qələbə xəbərini müalicə aldığı xəstəxanada eşidib.

Söhbət Cəlilabad rayonunun Göytəpə şəhərindən olan Kamran İbrahimovdan gedir. Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edən hərbçinin döyüş yolu bu gün gənc nəsil üçün nümunəyə çevrilib.

Kamran İbrahimov Şuşayadək uzanan şərəfli döyüş yolundan danışarkən ilk tapşırığının Xocavənd rayonunun Hadrut qəsəbəsindən başladığını bildirib:

“Bəylik kürsümün arxasında asılan bayrağı özümlə götürmüşdüm. Çantamda saxlayırdım ki, nə vaxtsa Qarabağımızın hansısa bölgəsində sancım. Şükürlər olsun ki, həmin bayrağı Hadrut qəsəbəsindəki yüksəkliklərdən birinə sancdım. Biz o yüksəkliyi ələ keçirdik və bunun nəticəsində Azərbaycan Ordusunun texnikaları Hadruta daxil ola bildi”.

O bildirib ki, noyabrın 8-də Şuşa şəhərində aparılan əməliyyat zamanı yaralanıb:

“Azərbaycan bayrağını parlament binasına sancarkən düşmən bütün hava hücumu vasitələrindən istifadə edirdi. Ətrafda yalnız toz-torpaq görünürdü. Raketlərdən biri birbaşa yanımda partladı. Partlayışın zərbə dalğası məni Şuşa qalasına çırpdı. Noyabrın 8-də Şuşada yaralandım. Ertəsi gün, noyabrın 9-da Füzuli xəstəxanasında gözlərimi açdım.

Prezidentin Azərbaycan xalqını təbrik etməsindən sonra xəstəxana həkimi palataya daxil olaraq hamını yuxudan oyatdı və bizi Qələbə münasibətilə təbrik etdi. Bildirdi ki, Azərbaycan Ordusu qələbə qazanıb. Həmin an yaşadığım hissləri sözlə ifadə etmək çox çətindir. O sevinc heç nə ilə müqayisə oluna bilməz”.

Kopyalandı
Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 180 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 180 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 180 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 180 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 180 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 180 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 180 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 180 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 180 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 180 baxış
Seçilmişlər
icon