Gecə yeməyin bilinməyən zərərləri | Səhər zəng çalan kimi durmamaq isə...
“Zərərsiz görünən bir neçə hərəkət yuxunun keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edə bilər”.
Həkim Babakom Əşrəfi qeyd edib ki, gecə saatlarında yemək vərdişi yuxunun keyfiyyətini xeyli pisləşdirir.
Ağır şam yeməyi, xüsusilə də yağlı və ağır qidalardan ibarət yemək mədə yanmasına, mədədə ağırlığa səbəb ola bilər və gecə istirahətini poza bilər.
Bundan əlavə, B.Əşrəfi gecə sağlam yatmaq istəyən hər kəsə günortadan sonra qəhvə içməkdən çəkinməyi və gün ərzində ona həddindən artıq aludə olmamağı tövsiyə edib. O, bu içkinin maksimum icazə verilən təhlükəsiz normasını gündə 400 mililitrdən çox olmayan adlandırıb.
Terapevt həmçinin hesab edir ki, səhər saatlarında zəng çaldıqdan dərhal sonra durmamaq yuxunun keyfiyyətinə zərər verən gündəlik vərdişlərdəndir.
#Yuxu keyfiyyəti teqi istifadə olunub
- Psixoloq dağınıq otağın yuxu keyfiyyətinə necə təsir etdiyini açıqlayıb
- Kardioloqdan mühüm tövsiyələr
- Gündüz yuxusu üçün optimal vaxt nə vaxtdır?
- Gecələr bu qidalardan istifadə etməyin, yoxsa… | Diyetoloqdan mühüm açıqlama
- Yuxunun müddəti və keyfiyyəti arasındakı əlaqə | Mütəxəssislərdən vacib açıqlama
