Pleyeri seçin:

Gənc İstedadlar Proqramının iştirakçıları SOCAR-da təcrübəyə başlayıb

14 mart 2025 533 baxış

Gənc İstedadlar Proqramının iştirakçılarının SOCAR-da təcrübəyə başlamaları münasibətilə tədbir keçirilib.

Tədbirdə SOCAR-ın vitse-prezidenti Ziba Mustafayevanın, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun çıxışları dinlənilib.

Bu günə qədər 175 məzunun proqramı yüksək göstəricilərlə tamamlayaraq, SOCAR-ın müəssisələrində müvafiq işlə təmin olunduğu diqqətə çatdırılıb.

2022-ci ildən indiyə qədər qaliblərdən 6 nəfərin “SOCAR Türkiyə” şirkətində işlə təmin edildiyi bildirilib. Ölkəmizin müxtəlif ali təhsil müəssisələri ilə yanaşı, BANM tələbələrinin də proqramdan faydalandığı diqqətə çatdırılıb. Ən uğurlu 4 mentora “2024-cü ilin ən uğurlu mentoru” mükafatları təqdim edilib.

Qeyd edək ki, 2025-ci il üzrə Proqramın təşkili üçün SOCAR-ın strukturuna daxil olan müəssisələrdən və SOCAR-ın törəmə müəssisələrindən müvafiq kvotalar əldə edilib və ona uyğun olaraq, müvafiq ixtisaslar üzrə cəlbetmə və seçim prosesi təşkil edilib.

Seçim mərhələlərinə ümumilikdə 2809 nəfər cəlb edilib, bütün seçim mərhələlərini uğurla başa vurmuş 133 nəfər proqramda iştirak etmək hüququ əldə edib.

SOCAR-ın müxtəliflik və inklüzivlik siyasətinə uyğun olaraq proqrama seçilən 133 nəfərdən 73 nəfəri gənc xanımlar olub.

Tarixi missiyanı həyata keçirmiş gəncəlilər | “O, tək-tük siyasi xadimlərdəndir ki...” - Baku TV

Tarixi missiyanı həyata keçirmiş gəncəlilər | “O, tək-tük siyasi xadimlərdəndir ki...” - Baku TV

Cəmiyyət
28 may 2026 533 baxış
Məktəblərdə “Enerji səmərəliliyi aylığı” kampaniyası başa çatıb - Baku TV

Məktəblərdə “Enerji səmərəliliyi aylığı” kampaniyası başa çatıb - Baku TV

Cəmiyyət
28 may 2026 533 baxış
Müstəqillik tariximiz 108 il ərzində qazanılan qələbələrlə yeni yüksək mərhələyə ucaldı - Baku TV

Müstəqillik tariximiz 108 il ərzində qazanılan qələbələrlə yeni yüksək mərhələyə ucaldı - Baku TV

Cəmiyyət
28 may 2026 533 baxış
“Qurbanı təklif edən Qabil olub” | İslam əxlaq anlayışını necə dəyişdirdi? - AMİN

“Qurbanı təklif edən Qabil olub” | İslam əxlaq anlayışını necə dəyişdirdi? - AMİN

Cəmiyyət
27 may 2026 533 baxış
Minlərlə məzun işsiz qalır: Ali təhsil sistemi harada səhv edir? - AKTUAL GÜNDƏM

Minlərlə məzun işsiz qalır: Ali təhsil sistemi harada səhv edir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 may 2026 533 baxış
Vətəndaşla tikinti şirkəti arasında qalmaqalın pərdəarxası səbəbləri üzə çıxdı - Baku TV

Vətəndaşla tikinti şirkəti arasında qalmaqalın pərdəarxası səbəbləri üzə çıxdı - Baku TV

Cəmiyyət
27 may 2026 533 baxış
Biləcəri sakinləri yolsuzluqdan şikayət edir | Küçələr bərbad vəziyyətdə - Baku TV

Biləcəri sakinləri yolsuzluqdan şikayət edir | Küçələr bərbad vəziyyətdə - Baku TV

Cəmiyyət
27 may 2026 533 baxış
İşğaldan azad olunan rayonlarda Qurban bayramı qeyd edilir - Baku TV

İşğaldan azad olunan rayonlarda Qurban bayramı qeyd edilir - Baku TV

Cəmiyyət
27 may 2026 533 baxış
"Məni bu cür hədələyirlər" | Mənzil alan vətəndaşın başına oyun açıblar? - Baku TV

"Məni bu cür hədələyirlər" | Mənzil alan vətəndaşın başına oyun açıblar? - Baku TV

Cəmiyyət
27 may 2026 533 baxış
Həccdə olan azərbaycanlı zəvvarların ziyarəti tamamlanıb | Şeyxdən açıqlama - Baku TV

Həccdə olan azərbaycanlı zəvvarların ziyarəti tamamlanıb | Şeyxdən açıqlama - Baku TV

Cəmiyyət
27 may 2026 533 baxış
Seçilmişlər
icon