"Sürüləsi deyil, görün nə qədər maşın..." | Magistral yol niyə bərbad halda qalıb? - Baku TV
H.Z.Tağıyev–Sahil avtomobil yolu bərbad vəziyyətdədir. Yolun xüsusilə Qızıldaş qəsəbəsindən Müşfiqabad qəsəbəsinə qədər olan hissəsi tamamilə sıradan çıxıb.
R6 magistralında işıqlandırma sisteminin olmaması isə gecə saatlarında qəza riskini daha da artırır. 2014-cü ildə əsaslı təmirdən sonra istifadəyə verilən 42 kilometrlik bu xətt artıq 12 ildir ki, bərpa edilmir. Mövcud acınacaqlı vəziyyət hər gün həmin yoldan keçən sürücülərin haqlı narazılığına səbəb olur.
Yolun vəziyyətindən şikayətlənən sürücülərdən biri problemləri belə ifadə edib:
"Maşın cəmi iki reys edəndən sonra gedib diski, hava yastıqlarını və rezin hissələri dəyişməli oluruq. Bura çox işlək yoldur. Sürücülərin normal istifadə edə bilməsi üçün mütləq şəkildə təmir olunmalıdır".
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, yolun istismar vəziyyəti davamlı olaraq monitorinq edilir:
"Yaxın vaxtlarda sözügedən yolda hərəkətin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə cari təmir işləri icra olunub. Yolun texniki vəziyyəti nəzərə alınaraq gələcəkdə orada əsaslı təmir işlərinin həyata keçirilməsi ilə bağlı müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək".
#Yol problemi teqi istifadə olunub
- “Ağacla gəzirəm, mümkün deyil axı orada...” | Əmircan sakinləri təşviş içində - Baku TV
- Bu yoldan keçmək əsl zülmə çevrilib | Nərimanovda sakinlərin səbri tükəndi - Baku TV
- Əmircan sakinləri üçün gediş-gəliş niyə zülmə çevrilib? - Baku TV CANLI
- Sakinlər uzun illərdir ki, yolsuzluqdan əziyyət çəkirlər - Baku TV
- Bakıda yarımçıq qalan daha bir yol problemi - Baku TV CANLI
