10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşən beşmərtəbəli binanın zirzəmisinə kanalizasiya suları dolur.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, problem artıq 10 ildən çoxdur davam edir.
Bildirilir ki, kanalizasiya suları yanaşı bloklardan axaraq binanın zirzəmisində toplanır və ərazidə kəskin üfunət qoxusu yaradır.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini deyirlər. Onların sözlərinə görə, ərazi üzrə mənzil-kommunal istismar idarəsinin əməkdaşları bir neçə dəfə ərazidə təmir işləri aparsalar da, problem birdəfəlik həll olunmayıb.
Sakinlər həmçinin bildirirlər ki, təmir zamanı qazıntı aparılan ərazilər sonradan asfaltlansa da, zaman keçdikcə həmin hissələrdə çökmə və aşınmalar yaranır. Bu isə piyadaların hərəkətini çətinləşdirir.
#Suraxanı teqi istifadə olunub
- Suraxanıda bədbəxt hadisə | Ev uçdu, bir nəfər öldü - Baku TV
- Suraxanıda yaşayış evində uçqun olub | Ölən və yaralanan var - Baku TV
- Suraxanı sakinləri dayanacaqsız qaldı | Yağışın altında avtobus gözləyirlər - Baku TV
- Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV
- “Ağacla gəzirəm, mümkün deyil axı orada...” | Əmircan sakinləri təşviş içində - Baku TV
