Biləcəri sakinləri yolsuzluqdan şikayət edir | Küçələr bərbad vəziyyətdə - Baku TV
Biləcəri qəsəbəsi, Xudadat bəy Məlikaslanov küçəsinin sakinləri yolun bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
Sakinlər bildiriblər ki, aidiyyəti qurumlara məsələ ilə bağlı dəfələrlə məlumat verilsə də, hələ ki heç bir nəticə yoxdur.
Şikayətçi sakinlərdən biri mövcud vəziyyəti belə ifadə edib:
“Heç kim bura ikinci dəfə gəlmək istəmir. Təcili yardımı çağırırıq, amma küçəyə girmək istəmir, sürücünü də qınamaq olmur”.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan ünvanda asfalt örtüyünün yenidən qurulması və bərpası ilə əlaqədar məsələ artıq diqqətdədir:
“Küçə İcra Hakimiyyəti tərəfindən təmirə ehtiyacı olan yolların siyahısına salınıb və aidiyyəti quruma müraciət ünvanlanıb. Proses mərhələli şəkildə həyata keçirildiyi üçün növbə mütənasibliyinə uyğun olaraq həmin ünvanda da təmir və yenidənqurma işləri aparılacaq”.
#Biləcəri teqi istifadə olunub
- Sakinləri evlərindən didərgin salan hadisə | Həyət evində görün nə baş verdi - Baku TV
- 284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV
- "Hansı əsrdə yaşayırıq?!" | Bərbad halda qalan yol | "Taksi deyir ki, bir də gəlməyəcəyəm" - Baku TV
- Öz hesablarına kanalizasiya xətti çəkdirdilər, amma... | Sakinləri təngə gətirən məsələ - Baku TV
- AQTA yoxlama apardı | Çörək emalı müəssisəsində nələr üzə çıxdı? - Baku TV
