Gəncənin marşrut şəbəkəsində yenilik | Müasir avtobuslar şəhərin simasını dəyişdi
Gəncənin nəqliyyat sahəsində mühüm dəyişikliklər həyata keçirilir.
Şəhərin marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Mövcud marşrut xətlərində optimallaşdırma aparılıb, 22 marşrut xəttinin fəaliyyət göstərməsi müəyyən olunub.
Ümumilikdə 280 müasir və komfortlu avtobus sərnişindaşımada istifadə olunmaq üçün alınıb.
Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gedişhaqqını “CityCard” nağdsız ödəniş sistemi, NFC texnologiyasından istifadə edərək istənilən bank kartları, həmçinin mobil ödəniş vasitələri olan “Google Pay” və “Apple Pay” vasitəsilə ödəmək mümkündür.
AYNA-nın Təlim-Tədris Mərkəzinin əməkdaşları Gəncədə avtobus sürücüləri üçün peşə fəaliyyəti, davranış qaydaları üzrə təlimlər keçiriblər. 423 sürücü təlim və imtahan prosesini uğurla bitirib.
Bununla yanaşı, Gəncədə gediş-gəlişin və sıxlığın çox olduğu ərazilərdə yol infrastrukturu nəzərə alınaraq 34 müasir dayanacaq pavilyonu quraşdırılıb.
Gəncə şəhərində təhlillər aparılaraq mikromobillik zolaqlarının salınması üçün uyğun yerlər müəyyənləşdirilib. Hazırda 2,7 km mikromobillik zolağı əlaqələndirilib, əlavə olaraq 1-ci mərhələdə 2,6 km yolun çəkilməsi nəzərdə tutulur.
#Gəncə teqi istifadə olunub
- Gəncədə Azərbaycan İnnovasiya Mərkəzi açıldı | Startap quruculuğuna dəstək - Baku TV
- DSMF daxmada yaşayan 5 oğul və ataya müavinət təyin etdi - Baku TV
- "Qonşu gəldi ki, bizim evə qeydiyyata düşmüsünüz" | Vətəndaşların üzləşdiyi problem - Baku TV
- Avtomobil ağaca çırpıldı
- Gəncədə bu silah-sursatları kim gizlədib?
