Pleyeri seçin:
DSMF daxmada yaşayan 5 oğul və ataya müavinət təyin etdi - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl Gəncə şəhəri Azərbaycan bayrağı küçəsində yaşayan Urfan Qasımov Baku TV-nin qaynar xəttinə müraciət edib.
Vətəndaş müraciətində bildirib ki, anası tərəfindən tərk edilən 5 azyaşlı oğluna təkbaşına baxır, ailənin sosial durumu çox ağırdır.
Ata ailənin mövcud vəziyyəti ilə əlaqədar Baku TV vasitəsilə aidiyyəti qurumlardan kömək istəmişdi.
Çox keçmədi ki, vətəndaşın sosial probleminə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən müsbət cavab verildi.
“Ailəyə 1 noyabr 2025-ci il tarixindən bir il müddətinə ayda 569 manat məbləğində sosial yardım təyin edilib”, – deyə qurumdan bildirilib.
Kopyalandı
#Gəncə teqi istifadə olunub
- Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
