Cəmiyyət
Pleyeri seçin:
Gəncənin rəmzi təhlükədə | Bakıda da yayılan bu xəstəliyin qarşısı necə alınmalıdır?
Gəncə şəhərindəki yaşıllıqların – ağac və kolların kütləvi şəkildə xəstəliklərə tutulması müşahidə olunur.
Xəstəliklərin ən çox Gəncənin simvollarından hesab olunan çinar ağaclarında yayıldığı bildirilir.
Mütəxəssislərin sözlərinə görə, artıq şəhər ərazisindəki çinar ağaclarının 15 faizindən çoxu təhlükə ilə üz-üzədir.
Elmi işçi Gülcamal Ələsgərova qeyd edib ki, bu ağaclarda aşkarlanan çinar bağacığı insanlarda da narahatlığa səbəb olur: “Həmin zərərvericilər çinarın altında kölgələnən insanların üzərinə düşür və onları dişləyərək allergiyaya səbəb olur”.
O da bildirilib ki, xəstəliklərin qarşısının alınması üçün ağacların gövdəsi yuyulmalı, ətrafı təmizlənməli, ölkəyə gətirilən əkin materialları dezinfeksiya olunmalıdır.
Kopyalandı
Seçilmişlər