“Gündə 3 dəfə ayaqqabı dəyişirik” | Biləcərinin bitməyən yol dərdi
Yeniliklərdən dərhal xəbərdar olun
Biləcəri qəsəbəsinin 15-ci küçəsinin yolları illərdir ki, asfalt örtüyünə həsrətdir.
Sakinlər bu problemlə bağlı Baku TV-nin qaynar xəttinə müraciət ediblər.
Onların sözlərinə görə, 5 il əvvəl “Azərsu” tərəfindən aparılan qazıntı işlərindən sonra vəziyyət daha da pisləşib. Yağışlı günlərdə uşaqlar məktəbə, böyüklər isə işə çətinliklə gedib-gəlirlər.
“Gündə üç dəfə ayaqqabı dəyişirik”, – deyə sakinlərdən biri bildirib.
“Altı ildir burada yaşayıram. Kanalizasiya idarəsi bu məhəlləyə xətt çəkəndən sonra yol bərbad vəziyyətə düşdü. Heç bir tədbir görülmədi”, – başqa bir sakin qeyd edib.
Vətəndaşları narahat edən problemlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd edilən ünvanda asfalt örtüyünün yenidən qurulması və bərpası ilə bağlı aidiyyəti qurumlara artıq müraciət olunub. Proses mərhələli şəkildə icra ediləcək.
#Yol problemi teqi istifadə olunub
- Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır
- Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub
- "Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV
- Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI
- "Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV
