Pleyeri seçin:
Günəşli qəsəbəsindəki problemi Baku TV işıqlandırdı, problem həll olundu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Xətai rayonu, Köhnə Günəşli yaşayış massivində kanalizasiya kollektorunun partlaması nəticəsində fərdi yaşayış evlərinə ciddi zərər dəyib.
Baku TV məsələni işıqlandırdıqdan sonra problem qısa müddət ərzində aradan qaldırılıb.
Aidiyyəti dövlət qurumlarının əməkdaşları qəza yerinə baxış keçiriblər və akt tərtib olunub. Mənzildə yaşayan sakinlər təxliyə edilərək təmir-bərpa işlərinə başlanılıb. Təmir işləri aparılarkən evlərə ziyan dəyməyib.
“Son iki ayda bu, ikinci çökmədir. Fərdi yaşayış evinin və digər evin altından keçir. İndi burada təhlükəsizlik tədbirləri görülüb və sakinlər evlərdən çıxarılıb, bərpa işləri gedir”, – “Bakı Sukanal” İdarəsinin sahə rəisi Azər Cümşüdov bildirib.
Kopyalandı
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
