Pleyeri seçin:

Hamını maraqlandıran məsələ | Sağlam və keyfiyyətli yuxu üçün nələr edilməlidir?

02 yanvar 2025 483 baxış

Yuxu insan həyatının vacib bir hissəsini təşkil edir. Lakin yuxu ilə bağlı yayılan yanlış inanclar sağlamlığa mənfi təsir göstərir.

Xoruldamaq adi hal kimi qəbul edilsə də, xroniki xoruldama yuxu apnesinin göstəricisi ola bilər. Bu, arterial təzyiq, ürək xəstəlikləri və gündəlik yorğunluğa səbəb olur. Xüsusən tıxanma və boğulma səsləri müşahidə edilirsə, mütləq həkimə müraciət olunmalıdır.

Həftə ərzində az yatıb, həftəsonları uzun müddət yatmaqla yuxunu bərpa etmək mümkün deyil. Yuxu rejimindəki qeyri-sabitlik xroniki yorğunluğun mənfi təsirlərini aradan qaldıra bilmir. Sağlam həyat tərzi üçün yuxu rejimində müntəzəmlik vacibdir. Yaşlıların yuxuya daha az ehtiyac duyduğu inancı elmi əsaslara söykənmir. Hər yaşdan olan insanın gecə ən 7-9 saat yuxuya ehtiyacı var. Yaşlıların daha erkən oyanması yuxu ehtiyaclarının azalması anlamına gəlmir.

Bundan başqa, alkoqol yuxuya getməyi asanlaşdırmaq təsiri bağışlasa da, emosional və zehni istirahəti təmin edən yuxu mərhələsinə zərər verir. Bu, yorğun və narahat oyanmağa səbəb olur. Daha sağlam yuxu üçün bitki çayları kimi alternativlər tövsiyə edilir.

İşıqlı otaqda yuxunun zərərsiz olması fikri də yanlışdır. İşıq yuxu dövrünü tənzimləyən melatonin hormonunun sintezini azaldır. Yatmaq üçün tam qaranlıq mühit tövsiyə olunur. Televizor, kompüter və telefonların yaydığı işıqlar da yuxuya getməyi çətinləşdirir.

O ki qaldı az yatmağa alışdığını düşünən insanlara, onlar idrak performansı, əhvali-ruhiyyə və ümumi sağlamlıq baxımından mənfi təsirlərə məruz qalırlar. Keyfiyyətli və kifayət qədər yuxu həm fiziki, həm də zehni sağlamlıq üçün vacibdir. Günorta yuxusunun gecə yuxusunun yerini tuta biləcəyi inancı həqiqəti əks etdirmir. İstənilən vaxt və istənilən yerdə yuxuya getmək sağlamlıq göstəricisi sayılmır. Tez yuxuya getmək, əslində, yuxusuzluğun və ya yuxu pozğunluğunun əlaməti ola bilər. Sağlam şəkildə yuxuya getmə müddəti adətən 10-20 dəqiqə arasında olmalıdır. 

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 483 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 483 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 483 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 483 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 483 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 483 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 483 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 483 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 483 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 483 baxış
Seçilmişlər
icon