Pleyeri seçin:

Hava limanındakı yeni dəyişikliklərlə bağlı əhaliyə xəbərdarlıq edildi

07 noyabr 2024 415 baxış

Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin rahat və təhlükəsiz səyahətini təmin etmək məqsədilə müvəqqəti dəyişikliklər tətbiq edəcək. Sərnişinlərə bu dövrdə səyahətlərini öncədən planlaşdırmaları tövsiyə olunur.

Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, noyabrın 10-14-də yalnız aviabileti olan sərnişinlər “Terminal 1” və “Terminal 2”yə daxil ola biləcəklər. Yola salan və qarşılayan şəxslərdən gözləmə zallarında sıxlıq yaranmasının qarşısını almaq üçün hava limanına gəlməmələri xahiş olunur.

Hava limanının qarşısındakı dayanacaq zonası yalnız xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrılacaq. Bu səbəbdən noyabrın 10-14-də hava limanı ərazisində nəqliyyat vasitələrinin park edilməsinə icazə verilməyəcək və yalnız sərnişinlərin düşürülməsi mümkün olacaq. Avtomobillərini noyabrın 10-da əvvəl uzunmüddətli park etməyi planlaşdıran sürücülərdən bu məhdudiyyətləri nəzərə almaları xahiş olunur, əks halda avtomobilləri ərazidən evakuasiya ediləcək.

Şəhər mərkəzindən hava limanına gələn sürücülərə Nizami küçəsi - Yusif Səfərov küçəsi - İzzət Orucova küçəsi - Fəzail Bayramov küçəsi - 8 Noyabr prospekti və Zığ şosesi marşrutunu izləmələri tövsiyə olunur. Bilgəh və Maştağa istiqamətindən gələnlər üçün Mərdəkan və Şüvəlandan keçərək Zığ şosesinə çıxış məsləhət görülür.

COP29 müddətində (10-22 noyabr) H1 və H2 ekspres avtobusları sərnişinlərə hava limanına rahat çatmaq imkanı yaradacaq. H1 avtobusu 10 dəqiqəlik intervalla metronun "28 May" stansiyası, H2 isə 15 dəqiqəlik intervalla metronun "Əhmədli" stansiyası marşrutları üzrə fasiləsiz xidmət göstərəcək. Gediş haqqı ödənişsiz olacaq.

Sərnişinlərdən mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq, uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları və vaxt itkisini azaltmaq üçün onlayn qeydiyyatdan keçmələri xahiş edilir.

"Caspian Servis" Yasamalda qanunsuz tikinti aparır? - Baku TV

"Caspian Servis" Yasamalda qanunsuz tikinti aparır? - Baku TV

Cəmiyyət
15 dekabr 2025 415 baxış
Maşının üstünə çıxır, altına girir | Siçanların əlindən təngə gələn sakinlər - Baku TV

Maşının üstünə çıxır, altına girir | Siçanların əlindən təngə gələn sakinlər - Baku TV

Cəmiyyət
15 dekabr 2025 415 baxış
Quşçuluq massivinin keçilməz yolları | Məsələ niyə həllini tapmır? - Baku TV

Quşçuluq massivinin keçilməz yolları | Məsələ niyə həllini tapmır? - Baku TV

Cəmiyyət
15 dekabr 2025 415 baxış
Bu mərhələdə 85 nəfər doğma yurda qayıdıb

Bu mərhələdə 85 nəfər doğma yurda qayıdıb

Cəmiyyət
15 dekabr 2025 415 baxış
"Nə işləyə bilir, nə də..." | Anadangəlmə xəstəliyi olan gəncin pensiyası niyə kəsilib? - Baku TV

"Nə işləyə bilir, nə də..." | Anadangəlmə xəstəliyi olan gəncin pensiyası niyə kəsilib? - Baku TV

Cəmiyyət
15 dekabr 2025 415 baxış
Məktəblərdə yeni mərhələ | Dini-mənəvi dəyərlər təbliğ olunacaq - Baku TV

Məktəblərdə yeni mərhələ | Dini-mənəvi dəyərlər təbliğ olunacaq - Baku TV

Cəmiyyət
15 dekabr 2025 415 baxış
Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salındı - Baku TV

Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salındı - Baku TV

Cəmiyyət
15 dekabr 2025 415 baxış
“Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinin yekun konfransı keçirilib

“Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinin yekun konfransı keçirilib

Cəmiyyət
15 dekabr 2025 415 baxış
“Bu qaydalara ciddi riayət edin” | Qatı duman sürücülərə çətinlik yaratdı - Baku TV

“Bu qaydalara ciddi riayət edin” | Qatı duman sürücülərə çətinlik yaratdı - Baku TV

Cəmiyyət
15 dekabr 2025 415 baxış
Türk pop musiqisinin ulduzu Demet Akalın Bakıda konsert verib - Baku TV

Türk pop musiqisinin ulduzu Demet Akalın Bakıda konsert verib - Baku TV

Cəmiyyət
15 dekabr 2025 415 baxış
Seçilmişlər
icon