Pleyeri seçin:

“Heç müayinəni düzgün etməyiblər” | Hepatit C diaqnozu qoyulan qadının son halı

23 iyul 2025 502 baxış

Baku TV bir müddət əvvəl Hepatit C xəstəsi olduğu üçün sığınacaqdan çıxarılan Güləbətin Zəkiyevanın həyat hekayəsini işıqlandırmışdı. Süjet efirə getdikdən sonra terapevt-hepatoloq Zaur Orucov həmin xanımı tam ödənişsiz müalicə etməyə hazır olduğunu bildirib.

“Müasir tibdə bu xəstəlik müalicə olunur və yoluxucu deyil. Analiz nəticəsində antitellərin çıxması hər zaman xəstəlik əlaməti sayılmır, sağlam insanda da bu nəticə ola bilər. Pasiyentə normal müayinə lazımdır, biz bu müayinəni həyata keçirməyə hazırıq”, – deyə həkim qeyd edib.

Təxminən 10 gün sonra analizlərin nəticəsi əldə olunub və Baku TV əməkdaşları Güləbətin Zəkiyevanın müalicəyə başlaması üçün onun qaldığı dayanacağa üz tutublar. Lakin bu dəfə onu orada tapmaq mümkün olmayıb.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyindən bildirilib ki, Güləbətin Zəkiyeva daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu Quba rayonuna yola salınıb, lakin vətəndaş yaxın qohumlarının yanında qaldıqdan sonra yenidən Bakıya qayıdıb:

“Əməkdaşlarımız tərəfindən Güləbətin Zəkiyeva müalicə alması üçün tibb müəssisəsinə yerləşdirilib. Hazırda o, Sahil qəsəbəsi, 3 saylı Birləşmiş Şəhər Xəstəxanasındadır”.

3 saylı Birləşmiş Şəhər Xəstəxanasından isə qeyd edilib ki, Güləbətin Zəkiyeva müalicə məqsədilə İmişli Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Sözügedən tibb müəssisəsindən verilən məlumata görə, xəstə xroniki pankreatit diaqnozu ilə təxliyə edilib. Ona eyni zamanda II tip şəkərli diabet diaqnozu da qoyulub. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti isə qənaətbəxşdir.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 502 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 502 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 502 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 502 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 502 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 502 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 502 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 502 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 502 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 502 baxış
Seçilmişlər
icon