Hədislərin mənası zamana görə dəyişir? - "Deyir, inanclı insana heyrətlənirəm ki..." | AMİN
“Amin” verilişinin budəfəki buraxılışında ilahiyyatçı Ağa Hacıbəyli və tənqidçi, publisist Azər Turan ilə xoşbəxtlik barədə müzakirə aparılıb.
Azər Turan xoşbəxtlik anlayışından söz açıb:
“Bu, nisbi anlayışdır. Hər kəsin bir xoşbəxtliyi var. Cəmiyyətin xoşbəxt olmasını istəyiriksə, orada harmoniya yaradılmalıdır. Ümumiyyətlə, bu gün dünyanın harmoniyaya ehtiyacı var. Özümə gəlincə isə mən heç vaxt xoşbəxt deyiləm. Ailəmdə, yaradıcılığımda hər şey qaydasında olsa da, həyatda axtardığım xoşbəxtliyi tapa bilməmişəm”.
Ağa Hacıbəylinin sözlərinə görə, insanın həyatda ən böyük fəziləti Allahın həqiqətlərini hər kəsə anlatmaqdır:
“Bütün peyğəmbərlərin həyat fəlsəfəsi bundan ibarət olub. İnsanın şüuru inkişaf etdikcə qulluq təfəkkürü gözəlləşir. Onda həyat da bəsit olmur. Varlığımızın fəlsəfəsində ruhumuz dayanır. Buna görə ruhumuz xoşbəxt olmalıdır. Məsələn, bir kişi ailədə xoşbəxt deyilsə, özü ilə fəlakət daşıyır”.
