Hər addımda ölüm riski | Minaaxtaranların bir günü | Atası şəhid oldu, oğlu yolunu davam etdirir...
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində təhlükəsizlik qaydalarına ciddi riayət edərək minatəmizləmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Həmin ərazilərdə relyefin çətinliyinə baxmayaraq, hər qarış torpaq xüsusi texnika, minatəmizləyən itlər və canlı qüvvənin köməyi ilə diqqətlə yoxlanılır.
Qazax 1 saylı Təmizləmə Yardım Dəstəsinin təmizləmə rəhbəri Qəhrəman Abdullayev bildirib ki, relyefin çətinliyinə və sıx bitki örtüyünə baxmayaraq, rəhbərlik etdiyi heyət hər santimetr torpağın dəqiq və təhlükəsiz şəkildə yoxlanılmasını təmin edir.
Onun sözlərinə görə, 2024-cü ilin aprel ayından bu günə qədər Qazax rayonunun işğaldan azad olunmuş 4 kəndində 325 hektar ərazi təmizlənib. Bu müddət ərzində aşkarlanan 1316 ədəd tapıntıdan 62-si partlamamış sursat, 1114-ü piyadaəleyhinə, 140-ı isə tank əleyhinə minadır.
Qəhrəman Abdullayev qeyd edib ki, minatəmizləmə işləri sürətlə davam etdirilir və əhalinin öz dədə-baba yurdlarına təhlükəsiz şəkildə qayıtması üçün bütün qüvvələr səfərbər olunub.
Bu şərəfli peşə sahibləri hər gün canlarını təhlükəyə ataraq azad edilmiş yurd yerlərinin yenidən abadlaşması və insanların rahat gəzə biləcəyi bir məkana çevrilməsi üçün fədakarlıqla çalışırlar.
#Azərbaycan Minatəmizləmə Agentliyi teqi istifadə olunub
- "262 mindən çox..." | ANAMA sədrindən Qarabağla bağlı açıqlama - Baku TV
- Azərbaycan regional minatəmizləmə mərkəzinə çevrilir - Baku TV
- "Mina ilə bağlı fəsadlar hələ də var" | IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb - Baku TV
- Minaya düşən 73 yaşlı Tərtər sakininin vəziyyəti ilə bağlı təcili məlumat - Baku TV
- Kəlbəcərin Sarıyel kəndində mina partladı | Mal-qara otaran şəxs xəsarət aldı - Baku TV
