Pleyeri seçin:

Həzi Aslanovun müəmmalı həyatı | Fəhləlikdən generallığa necə ucaldı?

09 may 2024 1092 baxış

Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunun Gərmətük qəsəbəsində doğulub.

13 yaşında atasını itirən Həzi ailəsinə baxmaq üçün bir müddət kərpic zavodunda fəhlə işləyir, daha sonra isə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilir. O, hərbi hazırlıq məktəbində oxuduğu zaman qısa müddət də olsa, məktəbin “rota qəzeti”ndə redaktor kimi işləyir.

1937-ci ildə Ukrayna SSR-in Obruç şəhər sovetinin deputatı seçilən Həzi Aslanov İkinci Dünya müharibəsinə qədər sovet ordusunda bir çox yüksək vəzifələrdə çalışıb.

Stalinqradın azad olunmasında sərkərdə Həzi Aslanovun müstəsna xidmətləri olub. O, 32 yaşında Sovet İttifaqı Qəhrəmanı, 34 yaşında isə general olub.

1945-ci ildə bütün müttəfiq respublikalarda müdafiə nazirlikləri yaranan zaman Mircəfər Bağırov onu Azərbaycanın müdafiə naziri təyin etmək haqqında fikir bildirir. Həmin vaxt Nazirlər Sovetinin sədri olan Teymur Quliyev deyir ki, hazırda müharibə gedir, Həzi Aslanova icazə verməzlər, o döyüşdədir. Bağırov Stalinə zəng edib, Həzi Aslanovun Azərbaycana gəlməsi üçün icazə alır.

Onu ilk təbrik edən SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı Baqramyan olur. O, Həzi Aslanova deyir:

“Həzi, səni təbrik edirəm, sən sabah Azərbaycan Kommunist Partiyasının sərəncamına getməlisən, səni Azərbaycana müdafiə naziri təyin edirlər. Ancaq sabah biz hücuma hazırlaşırıq. Mən istərdim ki, sən özün hücumu planlaşdırasan”.

Həzi Aslanov təklif edir ki, almanlardan qənimət götürülən altılüləli minomyot orta cinahda yerləşdirilsin və düşmənə atəş açsın. Səhəri gün Həzi Aslanov Bakıya getməli idi.

Onun bir yük maşını var idi, dincəlmək üçün həmin maşını yaşayış otağına çevirmişdi. Oraya gedir, çəkmələrini çıxarır ki, rahatlansın. Aradan 20-25 dəqiqə keçməmiş altılüləli minomyotdan çıxan altı mərmi Həzi Aslanovun olduğu maşına dəyir.

General Həzi Aslanov 24 yanvar 1945-ci ildə Mitava şəhəri yaxınlığında müəmmalı şəraitdə həlak olur. Ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ölümündən 47 il sonra, 1991-ci ildə verilir.

Kopyalandı
Banner
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 1092 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 1092 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 1092 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 1092 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 1092 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 1092 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 1092 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 1092 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 1092 baxış
"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 1092 baxış
Seçilmişlər
icon