Pleyeri seçin:
İlaxır çərşənbə Laçında böyük coşqu ilə qeyd edilib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi Laçında təntənə ilə qeyd edilib.
Bayram tədbirində Laçında ərsəyə gələn məhsullar və sakinlərin əl işləri sərgilənib, milli adətlərimizə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunub.
Tədbirdə Laçın sakinləri, rəsmi şəxslər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Şənlik çərçivəsində maraqlı müsabiqələr, hədiyyəli yarışmalar və rəngarəng konsert proqramı təşkil olunub.
Şənlik iştirakçıları Novruz tonqalını alovlandıraraq əzəmətli “Yallı” rəqsi ilə bayramı yüksək əhvali-ruhiyyədə qeyd ediblər.
Kopyalandı
#Laçın teqi istifadə olunub
- Laçın sakinləri, şəhid ailələri və qazilər Zəfər konsertində bir araya gəldi - Baku TV
- Zəfər Günü münasibəti ilə ağacəkmə aksiyası keçirilib - Baku TV
- “Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV
- Üç qurum Laçındakı mina partlayışı barədə birgə məlumat yaydı - Baku TV CANLI
- Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Laçında xeyriyyə konserti təşkil olundu - Baku TV
