Pleyeri seçin:

İlham Əliyev bəzi sərəncam və fərmanlara dəyişiklik etdi

10 aprel 2023 410 baxış

Müharibə əlilləri bu il dövlət icbari şəxsi sığorta vəsaiti hesabına mənzil və reabilitasiya vasitələri ilə təmin ediləcək.

Bu, Prezident İlham Əliyevin “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” sərəncama etdiyi dəyişiklikdə əksini tapıb.

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi müəyyən edilən şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsini əlavə olaraq 2022 və 2023-cü illərdə formalaşan dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirəcək. Qeyd edək ki, indiyədək bu müddət təkcə ötən ili əhatə edirdi.

Ölkə başçısının digər müvafiq fərmanda etdiyi dəyişikliyə əsasən isə Dövlət Qulluqçularının Reyestrinin aparılması qaydası hazırlanacaq. Nazirlər Kabineti bu barədə təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Fərmanda edilən dəyişikliyə əsasən, həmçinin dövlət qulluqçusunun rotasiyası qaydası, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydası da hazırlanacaq. Nazirlər Kabineti bu barədə qaydanı üç ay müddətində ölkə başçısı ilə razılaşdırmaqla təsdiq etməlidir.

Sənədə əsasən, dövlət orqanlarının struktur qurumlarında onlara həvalə edilən funksiyalar nəzərə alınmaqla təminedici və yardımçı struktur bölmələrinin siyahısı da hazırlanacaq. Qanunda edilən dəyişiklikdə həmçinin yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinlərinin yeni təyinat qaydası müəyyənləşib. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinlərini Prezident təyin edəcək. Digər yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri isə müvafiq yerli icra hakimiyyətlərinin başçıları tərəfindən Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırılmaqla təyin olunacaq.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 410 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 410 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 410 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 410 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 410 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 410 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 410 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 410 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 410 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 410 baxış
Seçilmişlər
icon