İlham Əliyevdən mühüm sərəncam
Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak edən şəxslərə, həlak olan və ya sonralar vəfat edən döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilən şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
Sənədə əsasən, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak edən şəxslərə 1500 manat məbləğində maddi yardım veriləcək, İkinci Dünya müharibəsində həlak olan və ya sonralar vəfat edən döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirən xüsusi birləşmələrin işçilərinə, Leninqradın müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilən şəxslərə, habelə Leninqrad mühasirəsi iştirakçılarına 750 manat birdəfəlik maddi yardım ödəniləcək.
Bu məqsədlə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan 2,9 milyon manat vəsait ayrılıb.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Ağdamda bir sıra açılışlarda iştirak edib - Baku TV
- Prezidentin Kərkicahana səfərindən görüntülər
- Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib
- İlham Əliyev “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib - Baku TV
- Prezident İlham Əliyev ovaxtkı rəhbərliyin qorxaqlığından danışdı
