Pleyeri seçin:

Aktaudakı faciəvi qəzaya həsr olunmuş poçt markası təqdim edildi - Baku TV

23 dekabr 2025 430 baxış

“Azərbaycan Hava Yolları” (AZAL) və “Azərpoçt” Bakı-Qroznı marşrutu üzrə planlaşdırılmış “J2-8243” reysinin icrası zamanı baş vermiş faciəyə həsr olunan poçt markasını təqdim edib.

Markanın dizaynında yer alan sonsuzluq simvolu faciəli hadisənin, onun qurbanlarının və milli tariximizdə iz qoymuş ekipajın qəhrəmanlığının yaddaşlarda daim yaşadılmasını ifadə edir. Diqqətçəkən məqamlardan biri də xatirə poçt markalarının satışından əldə edilən bütün vəsaitin “YAŞAT” Fonduna ianə olunacağıdır.

Layihə faciə qurbanlarının əziz xatirəsinə ehtiram ifadə etməklə yanaşı, ekstremal şəraitdə peşəkar, koordinasiyalı və fədakar fəaliyyəti nəticəsində 29 nəfərin həyatını xilas etmiş ekipaj üzvlərinin qəhrəmanlığını ön plana çıxarır.

Tədbir çərçivəsində xatirə poçt markalarının Milli qəhrəmanların ailə üzvlərinə və “J2-8243” reysinin ekipaj üzvlərinə təqdim olunması onların cəsarət və peşəkarlığına göstərilən ictimai ehtiramın ifadəsi olub.

Tədbirin sonunda qonaqlar üçün Milli Azərbaycan Tarixi Muzeyi üzrə ekskursiya təşkil olunub. Muzeydə həmçinin sözügedən reysin heyətinə həsr edilən ayrıca bölmə də mövcuddur.

Qeyd edək ki, 2024-cü il dekabrın 25-də “J2-8243” nömrəli Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri istiqamətinə qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həyatını itirib, 29 nəfər isə sağ qalıb.

Bina sakinləri çətin vəziyyətdə | Damdan axan suya niyə müdaxilə edilmir? - Baku TV

Bina sakinləri çətin vəziyyətdə | Damdan axan suya niyə müdaxilə edilmir? - Baku TV

Cəmiyyət
09 avqust 2026 430 baxış
Binəqədidə qurumuş ağaclarla bağlı niyə tədbir görülmür? - Baku TV

Binəqədidə qurumuş ağaclarla bağlı niyə tədbir görülmür? - Baku TV

Cəmiyyət
09 avqust 2026 430 baxış
Qobustan qəsəbəsinin yolları sakinləri çətin vəziyyətdə qoydu - Baku TV

Qobustan qəsəbəsinin yolları sakinləri çətin vəziyyətdə qoydu - Baku TV

Cəmiyyət
09 avqust 2026 430 baxış
FHN-dən kütləvi şəkildə çimərliklərə axın edən sakinlərə xəbərdarlıq - Baku TV

FHN-dən kütləvi şəkildə çimərliklərə axın edən sakinlərə xəbərdarlıq - Baku TV

Cəmiyyət
08 avqust 2026 430 baxış
"Bundan artıq kişiyə ərə gedəcəkdim?!" | "O mənim üçün ən hündürboylu kişidir" - ARZUNUN VAXTI

"Bundan artıq kişiyə ərə gedəcəkdim?!" | "O mənim üçün ən hündürboylu kişidir" - ARZUNUN VAXTI

Cəmiyyət
08 avqust 2026 430 baxış
Beşgünlük düşərgə başa çatdı | Gənclər gələcəyin texnologiyalarını yaxından öyrəniblər - Baku TV

Beşgünlük düşərgə başa çatdı | Gənclər gələcəyin texnologiyalarını yaxından öyrəniblər - Baku TV

Cəmiyyət
08 avqust 2026 430 baxış
Məktəbli formasında gizli təhlükə: boya, kimyəvi qatqılar və uşağın sağlamlığı - AKTUAL GÜNDƏM

Məktəbli formasında gizli təhlükə: boya, kimyəvi qatqılar və uşağın sağlamlığı - AKTUAL GÜNDƏM

Cəmiyyət
08 avqust 2026 430 baxış
Meşə fonduna aid torpaqlar hasarlanıb? | Ərazidə nə baş verir? - Baku TV

Meşə fonduna aid torpaqlar hasarlanıb? | Ərazidə nə baş verir? - Baku TV

Cəmiyyət
08 avqust 2026 430 baxış
"Gəlib gördüm ki, evimi vurub dağıdırlar" | Vətəndaşın evi qanunsuz sökülüb? - Baku TV

"Gəlib gördüm ki, evimi vurub dağıdırlar" | Vətəndaşın evi qanunsuz sökülüb? - Baku TV

Cəmiyyət
08 avqust 2026 430 baxış
Qəzaya səbəb olanlar məsuliyyətə cəlb olunmurlar? | Toqquşma ona görə olursa... - Baku TV

Qəzaya səbəb olanlar məsuliyyətə cəlb olunmurlar? | Toqquşma ona görə olursa... - Baku TV

Cəmiyyət
08 avqust 2026 430 baxış
Seçilmişlər
icon