İlon Maskın Bakıda keçirilən konqreslə bağlı paylaşımı rekord qırdı
Yeniliklərdən dərhal xəbərdar olun
İlon Maskın Bakıda keçirilən konqreslə bağlı tvitinə rekord sayda reaksiya gəlib.
Belə ki, “SpaceX”in qurucusu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində mükafata layiq görülüb.
Kosmos sahəsində əldə etdiyi nailiyyətlərə görə Beynəlxalq Astronavtika Federasiyasının Ümumdünya Kosmik Mükafatına layiq görülən İlon Mask bununla bağlı öz rəsmi səhifəsində yazı paylaşıb. Onun X platformasındakı paylaşımına 3675 şərh, 12,2 min repost, 92,4 min bəyənmə gəlib, həmçinin tvitə 15,2 milyon baxış olub.
Qeyd edək ki, İlon Mask Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə onlayn danışıb. O, 60 dəqiqəlik Bakı çıxışını səhifəsinin yuxarı hissəsinə sancıb. Alt hissəsində “Azərkosmos”un loqosu olan bu tvit isə 37 milyondan çox baxış sayı qazanıb.
#İlon Mask teqi istifadə olunub
- Zelenski Maskın maliyyə imkanları ilə Avropa siyasətinə təsirini yolverilməz sayıb - Baku TV CANLI
- Kiyev milyarderin açıqlamalarına niyə sərt reaksiya verdi?
- İlon Mask "Blindsight" adlı məhsulu ictimaiyyətə təqdim edib
- İlon Mask Rusiyanın "Starlink" peyklərini məhv edə biləcəyini bildirib
- Tramp ilə Mask arasında məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı zəng iddiası gündəmdədir
