Pleyeri seçin:

İnşaatçılar prospektində hərəkət necə tənzimlənəcək? | NİİM-dən sürücülərə cavab - Baku TV

14 noyabr 2026 241 baxış

Bakının Yasamal rayonunda, İnşaatçılar prospektindən Bakıxanov küçəsi istiqamətinə gedən yolda təhlükəli vəziyyət yaranıb.

Belə ki, prospekt istiqamətindən gəlib sağa dönmək istəyən avtomobillər üçün 24 saat yaşıl işıq yansa da, dönmə manevrinin qarşısında piyada keçidi yerləşir. Bu zaman həm sürücülər, həm də piyadalar üçün yaşıl işıq yandığından hər iki tərəf hərəkətdə üstünlüyə malik olduğunu düşünür.

Nəticədə, sürücülər qarşılarına çıxan piyadaları vurmamaq üçün qəfil əyləci sıxırlar. Arxadan gələn avtomobillər isə vaxtında dayana bilmədikdə toqquşma təhlükəsi yaranır.

Sakinlərin və sürücülərin bildirdiyinə görə, xüsusilə axşam saatlarında həmin ərazidə qəzalar baş verir.

Nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı danışarkən bildirib ki, həmin ərazidə piyada keçidinin quruluşu və yerləşdiyi nöqtə təhlükəlidir:

“Sözügedən ərazidə illərdir mövcud olan problem həllini tapmayıb. Daimi yaşıl işıq sürücüləri piyadalarla qarşılaşdıqları zaman riskli vəziyyətə salır. Digər tərəfdən piyadalar da yolu təhlükəsiz şəkildə keçməkdə çətinlik çəkirlər”.

Sözügedən məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, qeyd olunan prospektdə işıqforların iş prinsipində ziddiyyət yoxdur:

“Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinə əsasən, sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, eləcə də həmin hissəni velosiped yolu ilə keçən velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir. Qarşıda yerləşən işıqforun işıq siqnallarına dəyişiklik edilməsi nəqliyyat axınının intensivliyinə mənfi təsir göstərə və prospektdə əlavə ləngimələrin yaranmasına səbəb ola bilər. İşıqforların hazırkı iş rejimi ilə hərəkətin tənzimlənməsi təmin edilir”. 

Banner
"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru bu tarixdə Naxçıvanda olacaq - Baku TV

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru bu tarixdə Naxçıvanda olacaq - Baku TV

Cəmiyyət
19 noyabr 2026 241 baxış
“Ölüm qorxusu insanı günaha sövq edə bilər” | “İnsan həyatı yaşamaq əvəzinə təxirə salır” - AMİN

“Ölüm qorxusu insanı günaha sövq edə bilər” | “İnsan həyatı yaşamaq əvəzinə təxirə salır” - AMİN

Cəmiyyət
19 noyabr 2026 241 baxış
Qanunsuz evlərlə bağlı narahatlıq | Hansı tikililər sökülməli olacaq? - Baku TV

Qanunsuz evlərlə bağlı narahatlıq | Hansı tikililər sökülməli olacaq? - Baku TV

Cəmiyyət
19 noyabr 2026 241 baxış
Avropanın məşhur brendi ölkəyə gəldi | Sürücülərə hansı imkanlar yaradılacaq? - Baku TV

Avropanın məşhur brendi ölkəyə gəldi | Sürücülərə hansı imkanlar yaradılacaq? - Baku TV

Cəmiyyət
19 noyabr 2026 241 baxış
Xəzərin sahilboyu əraziləri ilə bağlı yenilik | Dövlət Xidmətinin rəsmisindən mühüm açıqlama

Xəzərin sahilboyu əraziləri ilə bağlı yenilik | Dövlət Xidmətinin rəsmisindən mühüm açıqlama

Cəmiyyət
19 noyabr 2026 241 baxış
Xəzərin sahilboyu əraziləri ilə bağlı yeniliyin detalları açıqlandı - Baku TV

Xəzərin sahilboyu əraziləri ilə bağlı yeniliyin detalları açıqlandı - Baku TV

Cəmiyyət
19 noyabr 2026 241 baxış
“Bunu qanun müəyyən edəcək” | Yararsız tikililərlə bağlı qərar nə vaxt veriləcək? - Baku TV

“Bunu qanun müəyyən edəcək” | Yararsız tikililərlə bağlı qərar nə vaxt veriləcək? - Baku TV

Cəmiyyət
19 noyabr 2026 241 baxış
"Ümidim var idi ki, mütləq..." | Cəbrayıl və Zəngilana köçən sakinlər hisslərini bölüşdü - Baku TV

"Ümidim var idi ki, mütləq..." | Cəbrayıl və Zəngilana köçən sakinlər hisslərini bölüşdü - Baku TV

Cəmiyyət
19 noyabr 2026 241 baxış
Sürücülərin diqqətinə: Hava limanı yolunda hərəkət istiqamətləri dəyişir - Baku TV CANLI

Sürücülərin diqqətinə: Hava limanı yolunda hərəkət istiqamətləri dəyişir - Baku TV CANLI

Cəmiyyət
19 noyabr 2026 241 baxış
"Çox qorxulu vəziyyətdədir" | Yevlaxda qədim körpü qəzalı vəziyyətdə - Baku TV

"Çox qorxulu vəziyyətdədir" | Yevlaxda qədim körpü qəzalı vəziyyətdə - Baku TV

Cəmiyyət
19 noyabr 2026 241 baxış
Seçilmişlər
icon